"Mən xəbər tutmasayıdm bu binanın yerində şadlıq evi ola bilərdi"
"“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin Baş idarəetmə mərkəzinin istifadəyə verilməsi münasibətilə sizi təbrik edirəm. Şadam ki, bu gözəl binada “Azərenerji”nin bir çox qurumları yerləşir. Dispetçer mərkəzi, baş idarəetmə mərkəzi, energetika institutu, tədris mərkəzi, laboratoriya, energetiklərin mədəniyyət mərkəzi. Hesab edirəm ki, indi burada şərait çox yaxşıdır. Bu binada qısa müddət ərzində əsaslı yenidənqurma işləri aparılmışdır. Demək olar ki, bina yenidən qurulmuşdur və indi bir yerdə, bir mərkəzdə “Azərenerji”nin əsas departamentləri yerləşir və beləliklə, idarəetmə üçün daha da gözəl imkan yaranır. Çünki bundan əvvəl “Azərenerji”nin departamentləri, qurumları müxtəlif yerlərdə yerləşirdi, bəzi hallarda yarımstansiyaların binalarında yerləşirdi və əlbəttə ki, idarəetmə üçün bu, o qədər də məqbul hal deyildi".
Marja xəbər verir ki. bunu Prezident İlham Əliyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin bir qrup əməkdaşı ilə görüşü zamanı bildirib.
Prezident "Bu bina sovet dövründə tikilib və bir müddət bundan əvvəl özəlləşdirməyə çıxarılmışdı, “Azərenerji”nin balansından çıxarılmışdı" deyərək sözlərinə belə davam edib:
"Mən bundan xəbər tutandan sonra göstəriş verdim ki, bu, dərhal “Azərenerji”nin balansına qaytarılsın. Çünki əks-təqdirdə bu binanı özəlləşdirən hansısa sahibkarların burada nə yaradacaqları bəlli deyildi. Bina çox böyükdür, ərazisi də böyükdür, təqribən 4 hektara yaxındır. Əvvəlki binanın sahəsi 13 min kvadratmetr idi, indi isə artırılıb 20 min kvadratmetrə çatdırılıb. Yəni, burada ya hansısa bir mehmanxana, yaxud şadlıq evi, yaşayış binası, ya da ki, hansısa bir ictimai iaşə obyekti yaradılacaqdı və energetiklər bu binadan məhrum olacaqdılar."
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















