İran bankı Azərbaycanda böyük zərərdən çıxdı

"Bank Melli İran" Bakı filialı 2020-ci ilin ilk rübünü 234 min 172 manat xalis mənfəət ilə başa vurub. Halbuki, filial ötən ilin ilk rübünü 8 milyon 603 min manat zərər ilə bağlamışdı.
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-mart dövründə "Bank Melli İran" Bakı filialının cəmi gəlirləri 830 min 565 manat, cəmi xərcləri isə 596 min 393 manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən filialın 234 min 172 manat xalis mənfəəti yaranıb.
Qeyd edək ki, 2019-cu ilin 1-ci rübüdə filial tərəfindən aktivlər üzrə ehtiyatların yaradılmasına ayırma 9 milyon 157 min manat təşkil etmişdi. Cari ilin ilk rübündə ayırma 57 dəfə azalaraq 160 min 365 min manat təşkil edib.Aktivlər üzrə ehtiyatların yaradılmasına ayırma kəskin azaldığından "Bank Melli İran" Bakı filialı mənfəətə çıxıb.
2019-cu ilin ilk rübündə filialın faiz gəlirləri 699 min790 manat ikən, 2020-ci ilin ilk rübündə 655 min 656 manata düşüb. Haqq və komissiya gəlirləri 37 min 665 manatdan 46 min 925 manata yüksəlib, xarici valyuta əməliyyatları üzrə gəlirlər 202 min 165 manatdan 127 min 274 manata geriləyib.
MÜŞTIRİLƏRƏ VERİLƏN KREDİTLƏR VƏ QİYMƏTLİ KAĞIZLARA İNVESTİSİYALAR ARTIB
31 Mart 2020-ci il tarixində "Bank Melli İran" Bakı filialı 97 milyon 529 min manat cəmi aktivlərə malik olub, o cümlədən aktivlərin 4 milyon 618 min manatını müştərilərə verilən kreditlər, 24 milyon 52 min manatını ticarət üçün alınmış qiymətli kağızlar, 58 milyon 226 min manatını nağd pul vəsaitləri təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 20219-cu ilin sonunda filial 98 milyon 718 min manat cəmi aktivlərə malik idi və aktivlərin 4 milyon 184 min manatını müştərilərə verilən kreditlər, 22 milyon 815 min manatını ticarət üçün alınmış qiymətli kağızlar, 59 milyon 665 manatını nağd pul vəsaitləri təşkil etmişdi.
31 Mart 2020-ci il tarixində "Bank Melli İran" Bakı filialı 36 milyon 828 min manat məcmu kapitala malik olub.
Xatırladaq ki, "Bank Melli İran" Bakı filialı 2019-cu ili 16 milyon 556 min manat zərər ilə başa vurmuşdu. Zərərin səbəbi ehtiyata ehtimal olunan depozit və kredit itkiləri üçün ehtiyata 18 milyon 293 min manat ayrılması idi.
Bank Melli İran, İran-Azərbaycan ticarət-iqtisadi əlaqələrinin iqtisadi subyektlərinə daha geniş və operativ maliyyə-kredit xidmətləri göstərmək üçün 1993-cü ildə Bakı filialını istifadəyə verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
16 d. əvvəl
Azərbaycan ilk dəfə sualtı qaynaq və kəsmə elektrodu istehsal edəcək
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
22 d. əvvəl
SOCAR ilə Almaniya şirkəti arasında 2025–2026-cı illəri əhatə edən Əməkdaşlıq Proqramı imzalanıb
-
37 d. əvvəl
Mərkəzi Bankın departament rəhbəri öz ərizəsi ilə işdən çıxıb
-
43 d. əvvəl
“PAŞA Bank” yeni “Miles&Smiles PAŞA Bank Signature” kartını xüsusi endirimlə təqdim edir
-
52 d. əvvəl
"Bayraktar Teknoloji Azərbaycan" şirkəti PUA istehsalına başlayıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
“BOA AGENCY” şirkətinin iclasınının gündəliyinə dəyişiklik edilib
-
2 saat əvvəl
"Yaxın gələcəkdə regionda nəqliyyat əlaqələri açılacaq, bu, mədənçıxarmada yeni imkanlar yaradacaq"
-
2 saat əvvəl
Türkiyədə sentyabr ayı inflyasiya rəqəmləri açıqlanıb - illik inflyasiya 16 ay sonra artıb
-
2 saat əvvəl
"Tənzimləyici qurumların bazar iştirakçısı olması sistemli risk yaradan məqam ola bilər"
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərbaycan ilk dəfə sualtı qaynaq və kəsmə elektrodu istehsal edəcək

Oktyabrın 4-də gözlənilən hava şəraiti

Türkiyədə sentyabr ayı inflyasiya rəqəmləri açıqlanıb - illik inflyasiya 16 ay sonra artıb

"Tənzimləyici qurumların bazar iştirakçısı olması sistemli risk yaradan məqam ola bilər"
Ən çox oxunanlar

"Neftçala Sənaye Məhəlləsi tam dolub"

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Mirzoyan: Ermənistan Azərbaycanla əlaqələrin qurulmasından əsas faydalanan tərəflərdən biridir

Macarıstan Fransa şirkətindən qaz alacaq

OpenAI-nın Sora tətbiqi təqdimatdan sonra viral oldu
