“Petkim” koronavirusla mübarizədə xammal istehsalı ilə önəmli rol oynayır
Türkiyədə də koronavirusun yayılması səbəbindən tibbi ləvazimatlar, qablaşdırma sahələrində tələbat kəskin artıb. Bu sahələr üçün isə xammalı əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan Türkiyənin yeganə inteqrasiya olunmuş neft-kimya kompleksi “Petkim” təmin edir.
Yeni növ koronavirus infeksiyasının (COVİD-19) yayılması ilə bir çox sahələr ziddi zərərlə üzləşib. Lakin bəzi sahələrdə isə istehlakın artması müşahidə olunur və müəssisələr bu tələbatın ödənilməsi üçün istehsalını artırmağa çalışır.
"Damnus Energy & Investment Inc."in İdarə Heyətinin sədri Nüsrət Cömərd bildirib ki, koronavirus (COVİD-19) pandemiyası turizm, avtomobil, hava nəqliyyatı,ictimai iaşə və xidmətlər sektorlarına mənfi təsir göstərsə də qida, səhiyyə və tibbi ləvazimatlar, informasiya texnologiyaları kimi sektorlara müsbət təsir göstərəcək. Onun sözlərinə görə, bu isə neft-kimya sektorunun bu sahələrdəki rolunu artıracaq.
Məlumatlara görə, dünya plastik sənayesi yeni növ koronavirus infeksiyası ilə mübarizədə ön sıralardadır. Türkiyədə də koronavirusun yayılması səbəbindən tibbi ləvazimatlar, qablaşdırma sahələrində tələbat kəskin artıb. Bu sahələr üçün isə xammalı əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan Türkiyənin yeganə inteqrasiya olunmuş neft-kimya kompleksi “Petkim” təmin edir.
Ötən həftə “Petkim”in baş direktoru Anar Məmmədov Türkiyə KİV-inə müsahibəsində daxili tələbatın ödənilməsi üçün qablaşdırma, birdəfəlik istifadə olunan plastik və tibbi ləvazimatlar üçün xam maddə istehsalının artırıldığını bildirmişdi: “Xam maddə ilə təmin etdiyimiz plastik sektoru xəstələrin müalicəsi və tibbi heyətin qorunması üçün lazımi avadanlıqların istehsalını həyata keçirdiyinə görə xammalla bağlı problem yaşamamalıdır. Buna görə də bu müddətdə yerli istehsalçıların xammal tələbini ödəmək üçün fasiləsiz çalışırıq”.
Baş direktor daha çox istifadə edilən tibbi maska və tibbi geyimlərin parçasının istehsalında istifadə olunan “polipropilen nonwoven” məhsuluna olan tələbatın tamamilə qarşılandığını qeyd edib.
Nüsrət Cömərd bildirib ki, “Petkim” hazırkı vəziyyətdə önəmli rol oynayır: “Çünki həm geosiyasi, həm də logistika baxımından çox əlverişli mövqedədir”.
Ekspertin bu sahələrlə bağlı SOCAR-a təklifi də var: “SOCAR neft hasilatı, nəqli, emalı və neft-kimya məhsulları istehsalı ilə yəni, upstream, midstream ve downstream sahələrində inteqrasia yaradıb. Bu inteqrasiyanı tibbi ləvazimatlar, qablaşdırma və buna yaxın sahələrdə istehsala daxil olaraq bu sahələri daha da inkişaf etdirə, böyüməkdə olan bu sektorda mühüm rol oynaya bilər”.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
5 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
5 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
5 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 5 saat əvvəl
-
5 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
6 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 6 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
