"Qətər holdinqi Azərbaycan məhsullarını öz mağazalarında satmaqda maraqlıdır"
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC İdarə Heyətinin sədri Leyla Məmmədovanın başçılıq etdiyi nümayəndə heyəti Qətər Əmirliyində işgüzar səfərdədir.
Məlumata görə, missiya çərçivəsində nümayəndə heyəti Azərbaycanın Qətərdəki səfirliyinin dəstəyi ilə bu ölkənin Kənd Təsərrüfatı və Balıqçılıq İşləri nazirinin müavini Şeyx Falih Bin Naser Əl Tani və “Al Meera Group” şirkətinin baş icraçı direktoru Yusif Əli Əl Obaydan ilə görüşüb. Görüşdə Azərbaycanın bu ölkədəki səfiri Rəşad İsmayılov da iştirak edib.
“Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova deyib: "Görüş keçirdiyimiz “Al Meera Group” şirkətinin sahib olduğu mağazalar şəbəkəsi Qətərlə yanaşı, Omanda da fəaliyyət göstərir. Holdinq Azərbaycan istehsalı olan məhsulları öz mağazalarında satmaqda maraqlıdır. Görüşdə bu mövzu üzərində də müzakirələr aparıldı. İnanıram ki, yaxın gələcəkdə Azərbaycan kənd təsərrüfatı və qida məhsullarını Qətər və Omanda fəaliyyət göstərən marketlər şəbəkəsində satışa çıxarılacaq.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 15 d. əvvəl
-
-
37 d. əvvəl
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
-
39 d. əvvəl
Yaxın Şərqdəki vəziyyət fonunda ABŞ neftin qiyməti üzrə proqnozunu kəskin artırıb
- 46 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp: Hörmüz boğazında mina varsa, götürün, əks halda nəticələri ağır olacaq
-
2 saat əvvəl
Odero "Visa Ready Full" sertifikasiyasını uğurla tamamladı, xüsusi status aldı
-
15 saat əvvəl
“Beauty Time” salonlar şəbəkəsinin rəhbərinin axtarışa verildiyi bildirilir
-
15 saat əvvəl
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Milyarderlərin sayı 400 nəfər artaraq 3428-ə, sərvətləri 4 trilyon artaraq 20,1 trilyon dollara çatıb
Ən çox oxunanlar
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"İranla danışa bilərik. İranlılar danışmaq istəyirlər"

























