"Yeni şirkət yaratmışıq, Türkiyədən qayıtmış mütəxəssislər işə götürüləcək"
"Bizim Türkiyədən qayıtmış mütəxəssislər həmin şirkətdə işə götürüləcək və onların yerinə yeni gənclərimiz STAR-a təcrübə keçmək üçün göndəriləcək."
“Bu gün təcrübə mübadiləmiz bizim ən gözəl nəticələr verən təşəbbüslərimizdən biridir. PETKİM-də bizim gənclərin Türkiyədə olan müəssisələrimizə işləmə imkanları yaradılması zavodlarımızda iş mədəniyyətinin artırılmasına böyük təkan verdi”.
Bu sözləri SOCAR prezidenti Rövnəq Abdullayev gənclərlə görüşdə bildirib.
SOCAR prezidenti qeyd edib ki, mübadilə davam edir. Heydər Əliyev adına Neft Emalı Zavodundan artıq 30 nəfərə yaxın Petkim-də və STAR-da çalışırlar və bu davam edəcək:
"Biz artıq modernizasiya layihəsi çərçivəsində orada işləyənləri, təcrübə yığmış yüksək səviyyəli mütəxəssislərimizi geri qaytaracağıq. Zavodun gənc işçiləri bilməlidir ki, SOCAR DOWNSTREAM adlı şirkət yaratmışıq. Həmin şirkət modernizasiya və yeni qurğuların işlənməsini həyata keçirəcək. Bizim Türkiyədən qayıtmış mütəxəssislər həmin şirkətdə işə götürüləcək və onların yerinə yeni gənclərimiz STAR-a təcrübə keçmək üçün göndəriləcək. Biz bu qurğularda işləmək üçün indidən kadr hazırlığına başlamışıq. Sizi təcrübə üçün Türkiyəyə işləməyə göndərəcəyik”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
5 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
9 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
9 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq
















