Kəndlilərə daha bir müjdə: çıxarışlar əkin sahələrində təqdim olunur
Əmlak Məsələləri Dövlət Komitəsi kənd təsərrüfatı ilə məşğul olan vətəndaşları, fermerləri sevindirəcək daha bir yeniliyə imza atır.
Yenilik «Kütləvi çıxarış» kampaniyası çərçivəsində həyata keçirilir. Belə ki, komitə kənd təsərrüfatı ilə məşğul olan insanlara çıxarışları elə iş başında, əkin biçin işlərinin aparıldığı sahələrdə verəcək.
Məqsəd ölkədə daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsi, insanlarda vaxt itkisinin qarşısnın alınması, onların xidmətlərə əlçatanlığının təmin olunması, vətəndaş məmnunluğunun artırılmasıdır.
Qeyd edilməlidir ki, sosial layihə olan «Kütləvi çıxarış» kampaniyası komitənin qeydiyyat xidmətlərini bir başa ünvanlarda əhaliyə çatdıraraq onları daha rahat şəkildə çıxarış əldə etməsinə imkan yaradır. Belə kampaniyaya fərdi yaşayış evləri və torpaq sahələri ilə yanaşı, hündürmərtəbəli binalardakı mənzillər də aid edilir. Kampaniya ölkəmizin istənilən yerində, paytaxtda, bölgələrdə, hətta ucqar kəndlərdə belə keçirilir.
Bu dəfəki «Kütləvi çıxarış» kampaniyası aprelin 7-də Cəlilabad rayonun bir neçə kəndində keçirilib. Kompaniya çərçivəsində çıxarışlar bu kəndlərdə yerləşən fermer təsərrüfatlarında, əkin sahələrində çalışan vətəndaşlara iş başındaca təqdim olunub. Beləki, 100-ə yaxın vətəndaş çıxarış əldə edib. Verilən çıxarışlar əsasən fərdi yaşayış evləri, pay torpağı, həyətyanı torpaq sahələrini əhatə edib. Onlar bu sənədi heç bir yerə getmədən komitənin mobil ofislərində əldə ediblər. Mövsüm ilə bağlı kəndlinin əkin biçin işləri artır. Bu isə onların sahələrdə, tarlalarda daha gərgin rejimdə işləməsi deməkdir. Odur ki, kəndlinin əmlaklarına dair çıxarışları elə iş başındaca daha rahat əldə etməsi onların vaxtını sərf edərək, uzun məsafə qət edərək rayon mərkəzlərinə, aidiyyatı qurumlara getməsinin qarşısını alır. Bu isə kənd təsərrüftaı ilə məşğul olan insanların vaxtlarını daha səmərəli şəkildə planlaşdırmağa imkan verir.
«Kütləvi çıxarış» kampaniyasının bilavasitə əkin sahələrində keçirilməsinin sosial əhəmiyyəti ilə yanaşı iqtisadi faydası da var. Beləki, kəndlinin işdən ayırlmadan çıxarış alması onların fəaliyyətinin stimullaşdırılmasına, aqrar sahədə məşğulluğun artmasına, işsizliyinin azalmasına gətirib çıxaracaq. Bu eyni zamanda məhsuldarlığın artmasına səbəb olacaq.
Çıxarışın kənd təsərrüfatında işləyənlər üçün hüquqi baxımından da əhəmiyyəti var. Beləki, bu sənəd kəndlinin əmlakının artıq dövlət tərəfindən qeydiyyata alındığının, hüquqi zəmanətli oldğunun, alqı-satqı əməliyyatlarını rahatlıqla edə biləcəklərinin sübutudur.
Vətədaşlar iş yerindən ayrılmadan çıxarış almaqla yanaşı onlar həm də komitənin hüquqi yardım xidmətlərindən də yararlanıblar. Beləki, sənədlərində hər hansı çatışmazlığı olan, qeydiyyat prosesinin ardıcıllığını bilməyən, lazımı sənədlərin hansı qrumdan alınması barədə məlumatı az olan kəndlilərin suallarını komitənin əmkdaşları cavablandırıb. Sakinlər sənədləşdirmənin belə sürətli və rahat şəkildə olmasından, xidmətlərin onların ünvanına çatdırılmasından və göstərilən müxtəlif növ qeydiyyat xidmətlərindən razılıqlarını ifadə ediblər.
Qeyd edilməlidir ki «Kütləvi çıxarış» kampaniyası zamanı mobil ofislər vətəndaşların iş yerlərində, istehsalat sahələrində, mənzillərində xidmət göstərərək onları çıxarış sahibi edir. Xidmətlər zamanı sənədlərin qanunauyğunluğu yerindəcə yoxlanılır, qəbul olunur, növbəti prosedurlar ətraflı izah edilir. Bununla yanaşı daşınmaz əmlakın qeydiyyatı ilə bağlı vətəndaşlara zəruri hüquqi məsləhətlər verilir. Ünvanlarda mobil ofislər vasitəsilə qeydiyyat xidmətlərinin təşkilində məqsəd qeydiyyat xidmətlərinin vətəndaşlara daha rahat və əlverişli üsullarla çatdırılması, daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaş məmnunluğun təmin olunmasıdır.
Komitə tərəfindən bu ilin sonunadək paytaxt və regionlarda mobil ofis xidmətləri, həmçinin “Kütləvi çıxarış” kampaniyası davam etdiriləcək.
Müştərilərin xəbərləri
"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited" şirkəti Gədəbəydə sosial təşəbbüslərin icrasını uğurla davam etdirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
49 d. əvvəl
ABŞ və Ermənistan “Tramp marşrutu”nun reallaşdırılması üçün birgə işçi qrupu yaradıb
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
ABB UNEC-lə birgə “Data və süni intellekt sertifikasiya proqramı”nı təqdim etdi
-
2 saat əvvəl
ABŞ-ın iri bankı yeni proqnozlarını açıqlayıb: qızıl, neft, səhm bazarı…
-
2 saat əvvəl
İri bank: Türkiyə Lirəsi 2026-cı ildə 30% ucuzlaşacaq - 2027-ci ildə dollar 57 lirə olacaq
-
2 saat əvvəl
Tramp: “Rusiya ilə iş görən hər bir ölkəyə çox ağır sanksiyalar gəlir”
-
2 saat əvvəl
Bakı Fond Birjası Tabadul Hub-a qoşulmaq üçün Abu-Dabi Fond Birjası ilə anlaşıb
-
2 saat əvvəl
5 bankda 9 aylıq mənfəət vergisi ödəmələri 10 milyon manatdan çoxdur
-
2 saat əvvəl
"Qazaxıstan "LUKOİL"ın aktivlərinin alınması ilə bağlı danışıqlar aparmır"
-
2 saat əvvəl
Avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
BOKT ləğv edilir, kreditorlarına müraciət edir
5 bankda 9 aylıq mənfəət vergisi ödəmələri 10 milyon manatdan çoxdur
Ən çox oxunanlar
Avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib
Azərbaycanın xaricə pomidor satışından gəliri açıqlanıb
Bu il Azərbaycana 1,8 milyard dollarlıq avtomobil idxal olunub
Azərbaycanın idxalı artıb, ixracı azalıb - SALDO 2,5 DƏFƏ KİÇİLİB
Asiya İnkişaf Bankının prezidenti “Veysəloğlu”nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış olub
İlham Əliyev “SİMA” imzadan danışdı
ABŞ dövlət katibinin müavini Azərbaycana səfər edəcək















.jpg)






.jpg)



