Komitə iki şirkəti cəzalandırdı
“SGS Azeri LTD” MMC-də və “Avanqard CXM” aparılan inspeksiya nəzarəti nəticəsində aşkar olunan nöqsanlara görə akkreditasiya attestatının qüvvədə olma müddəti dayandırılmışdır.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti tərəfindən “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən “SGS Azeri LTD” MMC-nin inspeksiya orqanında 15-17 mart 2017-ci il tarixlərində inspeksiya nəzarəti həyata keçirilmişdir.
Komitədən "Marja"ya daxil olmuş məlumata görə, İnspeksiya nəzarəti zamanı orqanın AZS İSO 17020-2008 “İnspeksiya aparan müxtəlif növ orqanların əməliyyatı üçün ümumi meyar” standartının tələblərinə uyğunluğu qiymətləndirilmiş və bir sıra nöqsanlar aşkar edilmişdir. Belə ki, “SGS Azəri LTD”nin inspeksiya orqanında idarəetmə sisteminin mövcud olmadığı müəyyən edilmiş, orqan tərəfindən aparılan inspeksiya işlərində yeyinti məhsulları (buğda) üzrə 4 ədəd, neft-qaz və neft-kimya məhsulları üzrə 107 ədəd istifadə olunan ölçmə vasitəsi, Səngəçal Sənaye Parkında “SGS Azəri LTD”nin sənaye sahəsi üzrə istifadə edilən heç bir ölçmə vasitəsi (1 il 6 ay ərzində) dövri yoxlamaya təqdim edilmədən istismar edilmişdir.
Bundan başqa Qaradağ rayonu Səngəçal terminalında “Şahdəniz-2” layihəsi üzrə “SGS Azəri LTD”nin laboratoriyası tərəfindən 01.03.2016-01.03.2017-ci il tarixlərində yoxlamadan keçməmiş ölçmə vasitələri ilə 15007 ədəd, Bakı şəhəri, Nobel prospektində yerləşən Neft-qaz və neft-kimya məhsullarının sınaq laboratoriyasında isə yoxlamadan keçməmiş ölçmə vasitələri ilə 694 ədəd sınaq aparılmışdır. Həmin sınaqlar “SGS Azer LTD” MMC-nin qumun, qıramdaşın, beton və beton qarışığının keyfiyyət göstəricilərinin təyini üzrə sınaq laboratoriyasında və neft, qaz və kimya məhsullarının sınaq laboratoriyasında aparılmışdır.
İnspeksiya nəzarətinin nəticəsində Dövlət Akkreditasiya Xidməti tərəfindən “SGS Azeri LTD”-nin inspeksiya orqanının, qumun, qıramdaşın, beton və beton qarışığının keyfiyyət göstəricilərinin təyini üzrə sınaq laboratoriyasının və neft, qaz və kimya məhsullarının sınaq laboratoriyasının akkreditasiya attestatlarının qüvvədə olma müddətinin dayandırılması və aşkar edilmiş nöqsanların aradan qaldırılması barədə qərar qəbul edilmişdir.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti tərəfindən “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən “Avanqard CXM” MMC-nin Çənlərin dərəcələnməsi laboratoriyasında 3 aprel 2017-ci il tarixində inspeksiya nəzarəti həyata keçirilmişdir.
İnspeksiya nəzarəti zamanı orqanın AZS İSO/İEC 17025-2008 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliyinə ümumi tələblər” standartının tələblərinə uyğunluğu qiymətləndirilmiş və bir sıra nöqsanlar aşkar edilmişdir. Belə ki, “Avanqard CXM” MMC-nin Çənlərin dərəcələnməsi laboratoriyasında idarəetmə sisteminin mövcud olmadığı müəyyən edilmiş, laboratoriya tərəfindən aparılan dərəcələnmə işlərində istifadə edilən ölçmə vasitələrinə və avadanlıqlara aid şəhadətnamələrin qüvvədə olma müddətinin bitdiyi aşkarlanmışdır.
İnspeksiya nəzarətinin nəticəsində Dövlət Akkreditasiya Xidməti tərəfindən “Avanqard CXM” MMC-nin Çənlərin dərəcələnməsi laboratoriyasın akkreditasiya attestatlarının qüvvədə olma müddətinin dayandırılması və aşkar edilmiş nöqsanların aradan qaldırılması barədə qərar qəbul edilmişdir.
SGS İsveçrə şirkətidir və 1878-ci ildən fəaliyyət göstərir. Hal hazırda dünyanın 145 ölkəsində nümayəndəlıyı vardır.
Azərbaycanda SGS şirkətinin nümayəndəlıyı 1993-cü ildən fəaliyyət göstərir. Azərbaycanın neft və kənd təsərrüfatı sahəsində keyfiyyətə nəzarət üzrə fəaliyyətə başlayan şirkət yerli və xarici investorların rəğbətini qazanmış, yeni sistemə keçmiş Azərbaycan iqtisadiyyat bazarının tənzimlənməsində müstəqil və nüfuzlu tərəf kimi əhəmiyyətli rol oynamışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
9 saat əvvəl
BOKT illik 18% gəlir təklif edən istiqrazlarına “Ticarətə İcazə” qərarı verildi
-
-
11 saat əvvəl
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin 2025-ci il üzrə dövriyyələri açıqlandı - SİYAHI
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Azərişıq”ın Naxçıvan idarəsinin rəisi və şöbə müdiri vəzifədən azad edilib
-
13 saat əvvəl
ABŞ: Məqsəd Qrenlandiyanı “işğal etməklə deyil, satın alaraq” əldə etməkdir
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub
Bakı Fond Birjasının dövriyyəsi 10 faizdən çox azalıb
Ən çox oxunanlar
Xalq Bankdan depozit seyfi xidməti
Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı
"Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir"
Dövlətə məxsus bank və BOKT-ların yenidən təşkilinə və ləğvinə prezident qərar verəcək
Dünyada mis çatışmazlığının daha da dərinləşməsi gözlənilir
Yanvarın 9-da gözlənilən hava şəraiti








.jpg)

















