Azərbaycanda 39 milyard manatlıq alış-veriş
2019-cu ildə pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin səviyyəsini müqayisəli qiymətlərlə 3,6 faiz üstələyərək 39,4 milyard manata bərabər olmuşdur.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ticarət dövriyyəsinin 20 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 19,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2018-ci ilə nisbətən real ifadədə müvafiq olaraq 3,2 faiz və 4 faiz artmışdır.
Hesabat ilində məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla | 2018-ci ilə nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 39 391,7 | 103,6 |
o cümlədən: | ||
ərzaq məhsulları | 18 048,0 | 103,3 |
içkilər və tütün məmulatları | 1 919,4 | 101,7 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 6 910,9 | 104,1 |
elektrik malları və mebellər | 2363,0 | 103,2 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 342,6 | 102,9 |
əczaçılıq və tibbi mallar | 528,1 | 103,6 |
avtomobil yanacağı | 2 310,5 | 102,7 |
digər qeyri-ərzaq məhsulları | 6 969,2 | 104,6 |
Hesabat ilində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,8 faizi ərzaq məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının, 17,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi elektrik malları və mebellərin, 5,9 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,9 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,7 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.
2019-cu ildə istehlak məhsullarının dəyər ifadəsində 21,0 faizi ticarət müəssisələri, 52,0 faizi fərdi sahibkarlar tərəfindən, 27,0 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2018-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 29,5 faiz, fərdi sahibkarlar üzrə 1,8 faiz artmış, bazar və yarmarkalarda isə 7,6 faiz azalmışdır.
Hesabat ilində əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 331,4 manat və ya 2018-ci ilin müvafiq göstəricisindən nominal ifadədə 16,6 manat çox olmuşdur.
Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 168 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 163,4 manatlıq qeyri-ərzaq məhsulları almışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
9 d. əvvəl
Rövşən Mahmudov "Grand Agro" şirkətinin Baş İcraçı Direktoru (CEO) təyin olunub
-
13 d. əvvəl
Ərazilərin bərpası üçün 2025-ci ildə 4,5 milyard manata yaxın vəsait sərf olunub
-
17 d. əvvəl
Ötən il dövlət büdcəsində 2,8 milyard manat vəsait istifadə olunmayıb
- 24 d. əvvəl
-
27 d. əvvəl
Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib
-
30 d. əvvəl
"Azərbaycan Banklar Assosiasiyası" və "Ticarət şəbəkələrinin inkişafı" Birliyi anlaşdı
-
31 d. əvvəl
Ötən il Şuşa, Xankəndi və Laçında kanat yolu üçün xərclənən vəsait məlum olub
- 35 d. əvvəl
- 41 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Azərbaycan Banklar Assosiasiyası" və "Ticarət şəbəkələrinin inkişafı" Birliyi anlaşdı
Ən çox oxunanlar
Tramp: Netanyahuya nəyisə etməyi desəm, o, bunu edir
Çinin ixracının artm tempi gözləntilərdən daha güclü olub
Məhkəmə Trampın 100 min dollarlıq H-1B viza rüsumunu ləğv edib
Azərbaycanda həbs edilən Fransa şirkəti rəhbərinin cəzası azaldıldı






























