Azərbaycana gələn avropalıların sayı 15%-ə yaxın artıb
2019-cu ilin yanvar-dekabr aylarında Azərbaycana səfər edən xarici vətəndaşların sayı 3.17 milyon nəfər təşkil edib.
Dövlət Turizm Agentliyinin yaydığı məlumatda bildirilir ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 11.4% artım deməkdir.
Artımın qeyd olunduğu əsas istiqamətləri Rusiya, Gürcüstan, İran, Türkiyə, eyni zamanda Asiya və Avropa ölkələri təşkil edir.
"Avropa ölkələrindən Azərbaycana gələnlərin sayı ötən ilin yanvar-dekabr dövründə 224 min nəfər təşkil edib ki, bu da 2018-ci ilin yanvar-dekabr dövrünə nisbətdə 14.7% artım hesab olunur.
Bu regiondan daha çox ziyarətçi Böyük Britaniya (36 min nəfər və ya 25.3% artım), Almaniya (20 min nəfər və ya 19.4% artım), İtaliya (12 min nəfər və ya 10.8% artım) və Fransadan (9 min nəfər və ya 15.2% artım) təşkil edib",- məlumatda bildirilir.
Cənubi Asiya ölkələri arasında 65 min nəfərlə Hindistandan və 46 min nəfərlə isə Pakistandan müvafiq olaraq 66.8% və 12.9% artım qeydə alınıb.
Mərkəzi Asiya ölkələrindən gələn səyahətçilər arasında Türkmənistandan gələn qonaqların sayı 85% artıb. Bu regiondan Qazaxıstandan gələnlərin sayı da 26.1% artaraq 47 min nəfərə, Özbəkistandan gələnləri sayı isə 28.3% artaraq 23 min nəfərə çatıb.
Azərbaycana səfər edən İsrail vətəndaşları arasında da 17% artım müşahidə edilib.
Səudiyyə Ərəbistanı vətəndaşları Yaxın Şərq ölkələrindən gələn səyahətçilər arasında üstünlük təşkil edərək 46.7% artım göstərib.
Azərbaycanın turizm nümayəndəliyinin fəaliyyət göstərdiyi Çindən 62.4% artım müşahidə olunub.
Bu il ərzində növbəti turizm nümayəndəliklərinin fəaliyyət göstərəcəyi Cənubi Koreya üzrə 19.9%, Ukrayna üzrə isə 2.4% artım müşahidə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 17 saat əvvəl
-
19 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















