Dövlət şirkətinə quyu qazılması məqsədilə pul ayrıldı - SƏRƏNCAM
Prezident İlham Əliyev Ağcabədi rayonunda əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamla Ağcabədi rayonunun əhalisi 83682 nəfər olan 20 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 30 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 2,1 milyon manat ayrılıb.
Ağcabədi rayonunda qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 yanvar tarixli Sərəncamına Əlavə
Sıra №-si | Yaşayış məntəqələri | Quyuların sayı | Əhalinin sayı |
| Ağcabədi şəhəri | 1 | 42768 |
| Aran kəndi | 1 | 2118 |
| Arazbar kəndi | 2 | 1493 |
| Boyat kəndi | 1 | 1858 |
| Göyük kəndi | 1 | 918 |
| Hindarx qəsəbəsi | 3 | 9667 |
| Xocavənd kəndi | 2 | 3647 |
| Kəhrizli kəndi | 3 | 2055 |
| Kürdlər kəndi | 1 | 1022 |
10. | Qaraxanlı kəndi | 1 | 980 |
11. | Mehrablı kəndi | 1 | 1644 |
12. | Minaxorlu kəndi | 2 | 2248 |
13. | Muğanlı kəndi | 1 | 1723 |
14. | Poladlı kəndi | 1 | 1513 |
15. | Salmanbəyli kəndi | 3 | 2539 |
16. | Sarıcalı kəndi | 1 | 1816 |
17. | Şahsevən kəndi | 1 | 456 |
18. | Şahsevən Təzəkənd kəndi | 1 | 834 |
19. | Şərəfxanlı kəndi | 1 | 896 |
20. | Yuxarı Qiyaməddinli kəndi | 2 | 3487 |
Cəmi | 30 | 83682 | |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 2 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























