İrşad Electronics-də hədiyyəli aksiya olacaq
(®) 5 yanvar tarixindən etibarən İrşad Electronics yenilənmiş Qəbələ mağazasını müştərilərinin istifadəsinə təqdim edəcək.
Fəaliyyətə başlayan yeni mağazası Qəbələ şəhəri, Həzi Aslanov 5 ünvanında yerləşir. Mağazanın rəsmi açılışı ilə əlaqədar olaraq Qəbələ mağazasını ziyarət edəcək müştərilər üçün hədiyyəli aksiya təşkil edilir.
Beləki, 5 yanvar tarixində Qəbələ mağazasında həm nağd, həm də hissə-hissə ödəmə şərti ilə 200 manat məbləğində alış-veriş edən müştərilər dəyəri 1000 manatadək olan 50 hədiyyədən birini əldə edə biləcəklər.
Hədiyyələr sırasına mobil telefonlar, soyuducu, paltaryuyan, TV, soba, tozsovuran və s. kimi qiymətli avadanlıqlar daxildir. Hədiyyələrin sayı məhdud olduğu üçün qeyd edilən şərtlərə uyğun olan ilk 50 müştəri bu şansdan yararlana biləcək.
Bundan əlavə 5 yanvardan 31 yanvaradək yeni Qəbələ mağazasının açılışı ilə əlaqədar olaraq müştərilər bütün məhsulları ilkin ödənişsiz, faizsiz və komissiyasız 18 ayadək hissə-hissə ödəmə şərti ilə əldə edə bilərlər. Nağd alış zamanı müştərilərə 40%-dək endirimlər təqdim edilir.
İrşad electronics 2019-cu ildən başlayaraq xidmət şəbəkəsini genişləndirməklə yanaşı mağazaların interyer dizaynlarını da müasir standartlara uyğun yeniləyir. Həyata keçirilən işlərin məqsədi müştərilərə göstərilən xidmət keyfiyyətinin səviyyəsini qaldırmaq və daha əlçatan olmaqdır. Hazırda, Azərbaycanda 30 mağaza və təmir xidmət mərkəzi fəaliyyət göstərir ki, onlardan 21-i Bakıda, 1-i Masazırda, 1-i Xırdalanda, digərləri isə regionlarda yerləşir.
Artıq 20 ildir Azərbaycanda fəaliyyət göstərən İrşad Electronics müxtəlif markalı mobil telefonların, məişət avadanlıqlarının və elektronika mallarının topdan və pərakəndə satışını həyata keçirir. Şirkət Samsung, HONOR və Xiaomi kimi məşhur brendlərin Azərbaycanda rəsmi distribüteridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
27 d. əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
41 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib





















