Əhalinin borc yükü sürətlə artmaqda davam edir
Əhalinin kredit təşkilatlarına cəmi borcu 2019-cu ilin 11 ayında 1,5 milyard manata yaxın, son 22 ayda isə 2,3 milyard manata yaxın artaraq 6 milyard 815 milyon manata çatıb.
2019-cu ilin yanvar-noyabr dövründə (11 ay ərzində) Azərbaycandakı kredit təşkilatlarının cəmi kredit qoyuluşları 2 milyard 96 milyon 100 min manat artaraq Noyabr ayının sonunda 15 milyard 116 milyon 400 min manata çatıb. Artımın 71,3%-i və ya 1 milyard 495 milyon manatı ev təsərrüfatlarına verilən kreditlər ilə bağlıdır.
“Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, noyabrın sonunda 15 milyard 116 milyon 400 min manatlıq kredit qoyuluşlarının 6 milyard 814 milyon 600 min manatını və ya 45,1%-ni ev təsərrüfatlarına verilən kreditlər (əsasən istehlak kreditləri) təşkil edib. Oktyabrın sonunda ev təsərrüfatlarına verilən kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi şəkisi 44,5%, ötən ilin sonunda isə 40,9% idi. Beləliklə, 11 ayda istehlak kreditlərinin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 4.2 bənd artıb.
Keçən ilin sonundan ötən 11 ay ərzində istehlak kreditləri 1 milyard 495 milyon manat, real sektora verilən cəmi kreditlər isə 601.1 milyon artıb.
Oktyabr ayının sonu ilə müqayisədə Noyabr ayında cəmi kredit qoyuluşları 670.6 milyon manat, o cümlədən ev təsərrüfatlarına verilən kreditlər 383.6 milyon manat artıb.
2018-ci ilin yanvarında ev təsərrüfatlarına verilən cəmi kreditlər 4 milyard 522 milyon manatadək geriləmişdi və cəmi kreditlərdə xüsusi çəkisi 38,8% təşkil etmişdi. Ötən 22 ayda ev təsərrüfatlarına verilən cəmi kreditlər 2 milyard 292 milyon 600 min manat artıb.
PREZİDENT TAPŞIRIQ VERİB
“Bank sektoru bizdə iqtisadiyyatın artımına, iqtisadiyyatın real sektorunun artımına o qədər də kömək göstərmir və son illərdə yenə də istehlak kreditlərinin həcmi artır”.
Bunu iqtisadi müşavirədə Prezident İlham Əliyev demişdi.
Prezident çıxışına belə davam etmişdi: “Mən əvvəlki illərdə bunu demişəm ki, bizim portfelimizdə istehlak kreditləri üstünlük təşkil edir və bank sektorunun böhranının səbəblərindən biri də məhz o idi. İndi də mənə məlumat verilir ki, yenə də bu meyillər artır, iqtisadiyyatın real sektoruna yox, yenə də istehlaka, yəni, istehlak mallarının alınmasına kreditlər verilir. Əgər bu davam edərsə, yenə də bir neçə ildən sonra xoşagəlməz problemlərlə üzləşə bilərik. Ona görə bütün bu məsələləri gərək ümumiləşdirib, təhlil edib və bir qərara gələsiniz ki, bütün alətlər - bank sektoru, Sahibkarlığın İnkişafı Fondu, dövlət investisiya xərcləri bir məqsədi güdməlidir – məşğulluğun artırılması və qeyri-neft sektorunun artımı”.
ELMAN RÜSTƏMOV XƏBƏRDARLIQ ETMİŞDİ
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov əhaliyə verilən cəmi kreditlərin bankların kredit portfelinin yarısına yaxınlaşmasının problemlər yarada biləcəyi barədə xəbərdarlıq edib:
“Mərkəzi Bank hesab edir ki, biz diqqətli olmalıyıq. İstehlak kreditlərinin artması diqqətlə izlənilməlidir. Həm bütövlükdə əhalinin borc yükünün artmasını, həm də bank sektorunun portfelində bunun 50 faizə yaxınlaşmasını izləməliyik ki, sabah bu, hansı problemlər yarada bilər.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
5 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
5 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
5 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
5 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 7 saat əvvəl
-
9 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq


























