Mərkəzi Bank 2020-ci il üçün inflyasiya hədəfini açıqladı

“2020-ci ildə də pul siyasətinin son hədəfi inflyasiyanın 4±2% dəhlizində (2-6%) saxlanılması təşkil edəcəkdir”.
“Marja” xəbər verir ki, bu, Azərbaycan Respublikası Mərkəzi Bankının 2020-ci il və ortamüddətli dövr üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.
Hədəf istehlak qiymətləri indeksinin illik, yəni son 12 ayda dəyişimi üzrə müəyyən edilmişdir. Bu hədəfə nail olmaq üçün Mərkəzi Bank arsenalında olan bütün alət və mexanizmlərdən adekvat istifadə edəcək, pul siyasətini həyata keçirərkən öz qərarlarının ardıcıllığı və nəticə əsaslı olmasını diqqətdə saxlayacaqdır.
2020-ci il və ortamüddətli dövrdə də pul siyasətinin prioritet məqsədi qiymət sabitliyinin Mərkəzi Bankın səlahiyyətləri çərçivəsində qorunması olacaqdır. Qiymət sabitliyinin pul siyasətinin digər məqsəd və vəzifələrindən mütləq üstünlüyü növbəti ildə də təmin ediləcəkdir. İnformasiya açıqlığı növbəti ildə də pul siyasətinin mühüm prinsiplərindən biri olacaqdır.
Bəyanatda qeyd edilib ki, qiymət sabitliyi istehlakçılar və biznes üçün əlverişli iqtisadi mühitin vacib elementidir. Aşağı inflyasiya milli valyutanın sabit alıcılıq qabiliyyətini təmin edir. Qiymət sabitliyi hesabına etimad qazanmış siyasət sahibkarlara və ev təsərrüfatlarına öz investisiya və istehlak planlarını ortamüddətli dövrə əminliklə tərtib etməyə imkan yaradır. Stabil aşağı inflyasiya gəlirlərin və yığımlarının dəyərsizləşməsinin qarşısını alaraq milli valyutada uzunmüddətli yığımları stimullaşdırır, dollarlaşmanı və faiz dərəcələrini azaldır. Bu da daxili investisiya potensialını artırır və iqtisadi inkişafa təkan verir. Aşağı inflyasiya sosial stabilliyin vacib elementi olmaqla aşağı gəlirli əhalinin istehlak səviyyəsini qoruyur və gəlir bərabərsizliyinin dərinləşməsinə mane olur.
HƏMÇİNİN OXU: Mərkəzi Bankdan 2020-ci il üçün BƏYANAT
Bəyanatda qeyd edilib ki, inflyasiya səviyyəsinin 2019-cu il üçün qəbul edilmiş hədəf dəhlizində (4±2) formalaşması iqtisadi şərtlərdə müəyyənlik yaratmaqla iqtisadi fəallığa mühüm dəstək vermişdir.
Rəsmi statistikaya görə, noyabrda 12 aylıq inflyasiya hədəf diapozonunun mərkəzindən də aşağıda olmaqla 2.6% təşkil etmişdir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Wolt artıq Qəbələ və Xankəndidə – rahat və sürətli çatdırılma xidməti daha iki yeni şəhərdə istifadədə!
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 d. əvvəl
Azər-Türk Bank hər ay orta hesaba 1 milyon manatdan çox xalis mənfəət əldə edib
-
23 d. əvvəl
Sığorta hadisəsi tarixçəsinin sorğulanması xidməti istifadəyə verilib
-
- 26 d. əvvəl
-
31 d. əvvəl
“AS Group” “Baku Build” və “Rebuild Karabakh” sərgisində iştirak edib
- 46 d. əvvəl
- 55 d. əvvəl
-
2 saat əvvəl
FMG Ağdamın ilk yaşayış kompleksi və Cənubi Qafqazın ən hündür göydələni ilə BakuBuild sərgisində
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

“Xalq Bank” daha da böyüyüb, əməliyyat gəlirləri artıb

Energetiklərə özəl 70 000 manatadək kredit - KOMİSSİYASIZ
.png)
Bakcell-in şansı paketləri ilə sən də avtomobil qazan!
Ən çox oxunanlar

Wolt artıq Qəbələ və Xankəndidə – rahat və sürətli çatdırılma xidməti daha iki yeni şəhərdə istifadədə!

Expressbank: Aktivləri, kredit portfeli və faiz gəlirləri artıb

"Əhmədbəyli-Füzuli-Şuşa yolu ödənişli ola bilər"

Oktyabrın 16-da gözlənilən hava şəraiti
