"Fəaliyyətə başlayarkən 271 milyon dolları idi, bu il 40 milyard dolları keçib"
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 20 illik yubileyini qeyd edir.
29 dekabr 1999-cu ildə neft-qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsindən əldə olunan gəlirlərin toplanması, səmərəli idarə edilməsi və gələcək nəsillər üçün qorunub saxlanmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Fondu yaradılıb.
ARDNF-dən “Marja”ya daxil olmuş məlumata görə, fəaliyyətə başlayarkən 271 milyon ABŞ dolları həcmində aktivləri olan Fondun vəsaitləri bu il ilk dəfə olaraq 40 milyard ABŞ dollarını keçmişdir. Dövlət Neft Fonduna yarandığı vaxtdan 30 noyabr 2019-cu il tarixinə qədər ümumilikdə təqribən 158,4 milyard ABŞ dolları həcmində vəsait daxil olmuşdur ki, bunun da 151,5 milyard ABŞ dollarını neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirlər, 6,9 milyard ABŞ dollarını isə Fondda toplanan vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər təşkil edir.
Dövlət Neft Fondunun vəsaitlərinin bir hissəsi dövlət büdcəsinə transfert edilir ki, bununla da ölkədə makroiqtisadi sabitliyin və fiskal dayanıqlığın qorunması təmin edilir.
“Dövlət Neft Fondundan ayrılan ilk vəsait Ermənistanın Azərbaycana təcavüzü nəticəsində öz yaşayış yerlərini tərk etməyə məcbur olmuş, müvəqqəti olaraq çadır şəhərciklərində məskunlaşmış qaçqın və məcburi köçkünlərin sosial-məişət problemlərinin həllinə yönəldilib. Bu prosesin davamı olaraq, Prezident İlham Əliyevin 2003-cü ildə söz verdiyi kimi bir neçə ilə çadır şəhərcikləri tamamilə ləğv edildi, orada yaşayan insanlar üçün lazımı infrastrukturla təchiz edilmiş yeni qəsəbələr salındı. Ölkəmiz üçün çox mühüm iqtisadi, strateji əhəmiyyət kəsb edən Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin, Oğuz-Qəbələ-Bakı su kəmərinin, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, "Star" neft emalı kompleksinin, o cümlədən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən və iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından mühüm olan "Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti”nin tikintisi layihələri, “Cənub Qaz Dəhlizi” QSC-nin nizamnamə kapitalında dövlətin iştirak payının maliyyələşdirilməsi də ARDNF tərəfindən həyata keçirilib.
Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən mühüm layihələrdən biri də “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”dır. Belə ki, Prezident İlham Əliyevin “qara qızılın insan kapitalına çevrilməsi” konsepsiyasına xidmət edən bu proqram çərçivəsində 3500-ə qədər gənc dünyanın 32 ölkəsində olan ən nüfuzlu ali məktəblərində təhsil almaq imkanı əldə edib ki, bu da Fondun ölkənin gələcək inkişafına, kadr potensialının yüksəldilməsinə istiqamətlənmiş ən böyük sərmayədir. Ümumilikdə bütün bu layihələrin icrasına Fond tərəfindən 9,4 milyard ABŞ dolları həcmində vəsait sərf edilib.
Məlum olduğu kimi Dövlət Neft Fondunun əsas vəzifələrindən biri toplanan vəsaitləri mümkün risklər nəzərə alınmaqla səmərəli yerləşdirmək və onun gələcək nəsillər üçün davamlı gəlir mənbəyinə çevrilməsini təmin etməkdir. Bu istiqamətdə Fondun fəaliyyətinin əsasını uzunmüddətli dövr üçün nəzərdə tutulmuş şaxələndirilmiş qlobal investisiya portfelinin qurulması təşkil edir. Hazırda Fondun şaxələndirilmiş investisiya portfelinə daxil olan aktivlər dünyanın 50-dən çox ölkəsində ABŞ dolları, Avro, İngilis funt sterlinqi və digər valyutalarda ifadə olunan istiqrazlar, səhmlər, daşınmaz əmlak və qızıl kimi maliyyə aktivlərində saxlanılır.
Hal-hazırda Dövlət Neft Fondu təkcə birjada kotirovka olunan səhm yatırımları hesabına dünyanın 1600-dən çox ən iri şirkətlərində səhmdardır.
ARDNF daşınmaz əmlaka investisiya çərçivəsində isə Avropa, Asiya və Sakit Okean Hövzəsi regionlarında London, Moskva, Paris, Tokio, Seul kimi şəhərlərdə birbaşa daşınmaz əmlak investisiyaları həyata keçirib”,- Fondun məlumatında deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
2 saat əvvəl
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
3 saat əvvəl
Azərbaycanda 635 milyon manatdan çox kredit bank və qeyri-bank təşkilatlarına vaxtında qaytarılmayıb
-
3 saat əvvəl
FED-in üstünlük verdiyi inflyasiya göstəricisi 3 ilin ən yüksək səviyyəsində
-
3 saat əvvəl
Dövlət Vergi Xidməti pivə istehsalçılarını topladı: bazarda gizli dövriyyə halları aşkarlanıb
- 4 saat əvvəl
-
4 saat əvvəl
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
-
4 saat əvvəl
Ayan Qəmbərova: “Əmlak bazarının gələcəyi peşəkar idarəetmədən keçir”
-
4 saat əvvəl
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
-
4 saat əvvəl
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Dolların 29 İyun üçün rəsmi məzənnəsi müəyyən edilib
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
Ən çox oxunanlar
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
“Daşkəsən Dəmir Filiz” şirkətinin maliyyə nəticələri daha da pisləşib, zərəri 2,6 dəfə artıb
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır






























