Azərbaycanda tam yeni BMW X6 təqdim edildi
(®) 18 Dekabr 2019-cu il tarixində “Improtex Motors” şirkəti Əbdülkərim Əlizadə küçəsəsi, 5 ünvanında yeni açılmış “Improtex Motors Exclusive” satış-sərgi salonunda yeni BMW X6 modelini təqdim edib.
Bu, artıq avtomobil seqmentinin banisi olan kult idman SAC-nın (Sports Activity Coupe) üçüncü nəslidir. Onun sələfi kimi, yeni BMW X6 ABŞ-ın Spartanberq şəhərində BMW Group zavodunda istehsal olunacaq.
Təqdimat zamanı “Improtex Motors” şirkətinin Baş Direktoru Bayram Yaqubov qonaqları salamladı və yeni BMW modeli haqqında dedi: “Tam yeni X6 ekstremal dərəcədə idman üslubunda hazırlanmış ban, maksimal eksklüzivlik və yeni BMW Iconic Glow radiator qəfəsində əks olunan fantastik texnologiyalardan ibarətdir”.
Yeni BMW X6 istehsal başlanandan etibarən dörd variantda təqdim olunacaq:
• BMW X6 M50i (530 at gücü, 750 N·m, sürətlənmə 4,3 saniyədə 0–100 km / saat),
• BMW X6 xDrive40i (340 at gücü, 450 N·m, sürətlənmə 5,5 saniyədə 0–100 km / saat),
• BMW X6 M50d (400 at gücü, 760 N·m, sürətlənmə 5,2 saniyədə 0–100 km / saat),
• BMW X6 xDrive30d (249 at gücü, 620 N·m, sürətlənmə 6,5 saniyədə 0–100 km / saat).
Əvvəlki sələfi ilə müqayisədə avtomobilin ölçüləri bir qədər dəyişib: uzunluğu 26 mm (4 935 mm) və eni 15 mm (2 004 mm) artıb, təkər bazası 24 mm (2 975 mm-ə qədər) uzadılıb. Yük yerinin həcmi dəyişməyib (580 litr), ancaq 40:20:40 nisbətində qatlanan arxa oturacaq sayəsində yük yerinin istifadə imkanları daha da artıb.
Yeni BMW X6 radiator barmaqlığının “BMW Iconic Glow” işıqlandırılmasına malik olan markanın bütün avtomobilləri arasında birincidir. Avtomobilin kilidinin açılması zamanı barmaqlığın daxili hissəsi həlim ağ rəngdə işıqlandırılacaq, bundan əlavə, sürücü hətta avtomobili hərəkət edərkən belə barmaqlıq işığını aktivləşdirə bilər.
Yeni avtomobilin daha bir xüsusiyyəti Sky Lounge panoram şüşə damıdır ki, onun şəffaf səthi əvvəlki nəsil avtomobillə müqayisədə 83% artıb. Damda ulduz səmasını təqlid edən 15 000-dən çox LED elementlər quraşdırılmışdır. Standart təchizata qapılara yaxınlaşmanın işıqlanması funksiyası ilə işıq zolağı daxildir.
BMW X6-nın ən çox təlabatı olan xDrive40i modifikasiyası 340 at qüvvəli 3,0-litrlik benzin R6 turbo mühərrikinə və 450 N·m fırlanma anına malikdir. Bu model 100 km/saat həddinə 5,5 saniyəyə sürətlənir, səkkiz pilləli avtomatik və ön oxu qoşan xDrive tam ötürmə sistemi ilə təchiz olunur. Avtomobil CLAR modul platformasında inşa edilib, öndə ikiqollu, arxada isə çoxqollu asqıya malikdir. Asqının baza variantı yay və adaptiv amortizatorlardan ibarətdir. Opsional olaraq, tam pnevmatik asqını da sifariş etmək olar. Bundan əlavə, BMW X6-nı tam idərə edilən şassi və aktiv arxa stabilizatorlar ilə sifariş etmək mümkündür.
Yeni X6 üçün təklif edilən M Sport dəstinin tərkibinə xarici ban dəsti, salonun “idman” tərtibatı, yenidən tənzimlənmiş M-asqı, xüsusi buraxılış sistemi və elektronika ilə idarələnən arxa differensial daxildir. Alternativ olaraq xOffroad dəsti də təklif edilir. Bu dəstin tərkibinə altlığın gücləndirilmiş müdafiəsi, arxa differensialın qapanması, pnevmoasqı və hərəkət elektronikasının bir neçə xüsusi rejimlər daxildir. Ayrıca, qapılarda və bamperlərdə örtmələrin quraşdırılmasını nəzərdə tutan xLine dəstini də sifariş etmək olar.
Yeni BMW X6-nın daha bir fərqləndirici xüsusiyyəti - Driving Assistant Professional kompleksi və ona daxil olan idarəetmə zamanı yardım, zolaqda saxlama sistemi, tıxacda idarəetmə köməkçisi, eləcə də yan toqquşmalardan müdafiə. Bu cür sistemi olan avtomobil piyadalara reaksiya verir və arxadan toqquşma ehtimalı barədə xəbərdarlıq edir.
Qeyd edək ki, BMW 4 il (və ya 200.000 km) tam zavod zəmanəti verən Azərbaycanda yeganə avtomobil brendidir.
“Improtex” Şirkətlər Qrupunun tərkib hissələrindən biri “Improtex Motors” MMM-dir. Əsas fəaliyyəti premium sinfli avtomobilləri ilə bağlı olan “Improtex Motors” MMM 1998-ci ildə yaradılaraq, peşəkar və keyfiyyətli işi sayəsində ölkənin avtomobil bazarında ən etibarlı və hörmətli tərəfdaş adını qazanmışdır. “Improtex Motors” şirkəti BMW, “Rolls-Royce Motor Cars”, “MINI”, və “YAMAHA” brendlərinin rəsmi idxalçısıdır və qeyd edilən brendlərin yeni model sırasını Azərbaycan avtomobil bazarında layiqincə təqdim edir. Hazırda, şirkətin yeni avadanlıqlarla təchiz olunan və bütün müasir standartlara tam cavab verən 3 sərgi-satış salonu və 2 servis mərkəzi vardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
7 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
-
7 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
9 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
Dekabrda Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 3%-dən çox, mobil internetin sürəti isə 6%-dək artıb
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda





















