5,3 milyon avro mükafat alan azərbaycanlı həkim Bakıya gəlib
Danimarkanın nüfuzlu Lundbek Fondu tərəfindən 5,3 milyon avro məbləğində mükafata layiq görülən Dünya Baş Ağrıları Cəmiyyətinin sədri, azərbaycanlı həkim Məsud Aşina Azərbaycana səfərə gəlib.
O, Bakıda keçirilən Azərbaycan Nevrologiya həftəsinin konfranslarında iştirak edir.
Qeyd edək ki, azərbaycanlı həkim M.Aşina bir müddət öncə Danimarkanın Lundbek Fondu tərəfindən 5,3 milyon avro məbləğində mükafata layiq görülüb. Font tərəfindən, ümumilikdə, dünyanın altı aparıcı nevroloqu ümumi dəyəri 232 milyon Danimarka kronu (30 milyon avrodan çox) məbləğində mükafatla təltif edilib.
Xatırladaq ki, M.Aşina 1965-ci ildə Bakıda anadan olub. O, 1988-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb. Hazırda Danimarkada yaşayır və Kopenhagen Universitetinin nevrologiya üzrə professoru və baş məsləhətçisi vəzifəsində çalışır. Eyni zamanda, Danimarka Başağrısı və Nevrologiya Mərkəzinin və İnsan Migren Araşdırmaları Mərkəzinin rəhbəridir.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
20 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 20 saat əvvəl
-
22 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















