Pambıq yoxsa buğda?!
Yaxın 3 il ərzində Azərbaycanda taxıl əkilən və örüş kimi istifadə olunan ərazilərdə pambıq əkilməsinə başlandı. Gömrük statistikasına görə, Azərbaycan buğda və ət idxalına pambıq ixracından əldə etdiyi valyutanın 3 qatı qədər xərcləyir.
“Marja”nın Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən məlumatına görə, 2019-cu ilin 11 ayı ərzində Azərbaycana xarici ölkələrdən 319 milyon 693 min dollar dəyərində 1 milyon 488 min ton buğda idxal olunub. 2018-ci ilin 11 ayı ilə müqayisədə 2019-cu ilin 11 ayında buğda idxalı dəyər ifadəsində 132 milyon 153 min dollar, miqdar ifadəsində isə 495 min 365 ton artıb. 2018-ci ilin 11 ayında Azərbaycana 187 milyon 540 min dollar dəyərində 992 min 353 ton buğda idxal edilmişdi.
2019-cu ilin 11 ayı ərzində Azərbaycana 71 milyon 662 min dollar dəyərində 46 298 ton ət idxal edilib. Müqayisə üçün qeyd edək ki, ötən ilin 11 ayı ərzində ölkəmizə 63 milyon 651 min dollar dəyərində 43 261 ton ət idxal edilmişdi. Beləliklə, ət idxalı dəyər ifadəsində 8 milyon 11 min dollar və ya 12,6%, miqdar ifadəsində isə 3037 ton və ya 7% artıb.
Qısası cari ilin 11 ayında xaricdən buğda və ət alışı ölkəmizdən 391 milyon 355 min dollar valyutanın çıxmasına səbəb olub. Bəs pambıqdan nə qədər qazanmışıq?
2019-cu ilin 11 ayı ərzində Azərbaycandan 108 milyon 833 min dollar dəyərində 78 493 ton pambıq lifi, 27 milyon 306 min dollar dəyərində 11 541 ton pambıq iplik ixrac edilib. Bu iki məhsulun ixracından ölkəmizə cəmi 136 milyon 139 min dollar valyuta daxil olub. Bu, buğda və ət idxalına sərf edilmiş valyutanın məbləğindən 3 dəfəyə yaxın azdır.
İdxal və ixrac rəqəmləri düşündürücüdür. Pambıq əkdik ki qazanaq, amma buğda və ətdə idxaldan asılı vəziyyətə düşürük. Strateji məhsul olan buğdanı ikinci plana salmaq olmaz. Gələcəkdə Azərbaycana buğda satan ölkələrdə quraqlıq baş versə və onlar xaricə buğda satışını dayandırsalar çətin vəziyyətdə qala bilərik.
Pambıq istehsalının artması ölkədə tekstil sənayesinin inkişafında özünü göstərməlidir. Pambıqçılıqda əkin ərazilərinin genişləndirilməsi deyil, məhsuldarlığın artırılması vacibdir. Eyni zamanda, buğda da məhsuldarlığın artırılması və idxaldan asılılğın azaldılması lazımdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
5 d. əvvəl
Dövlət Vergi Xidməti 2 ayda 3 milyard manatdan çox vergi yığıb
-
-
25 d. əvvəl
Nəhəng neft şirkətinin rəhbərindən xəbərdarlıq: "Fəlakət ola bilər"
-
30 d. əvvəl
Unibank Yel çərşənbəsi münasibətilə 0 % komissiyalı kredit aksiyası keçirir
-
34 d. əvvəl
ABB-nin yeni süni intellekt köməkçiləri – AI-nur və AI-khan artıq hamıya əlçatandır!
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran müharibəsi İngiltərə Mərkəzi Bankının növbəti faiz endirimini təxirə sala bilər
-
1 saat əvvəl
Yaxın Şərqdən 200-ə yaxın Azərbaycan vətəndaşı Bakıya təxliyə olunur
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Fitch": İran münaqişəsi Azərbaycan üçün əlavə enerji gəlirləri yarada bilər
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dövlət Vergi Xidməti 2 ayda 3 milyard manatdan çox vergi yığıb
Nəhəng neft şirkətinin rəhbərindən xəbərdarlıq: "Fəlakət ola bilər"
ABB-nin yeni süni intellekt köməkçiləri – AI-nur və AI-khan artıq hamıya əlçatandır!
İran müharibəsi İngiltərə Mərkəzi Bankının növbəti faiz endirimini təxirə sala bilər
Yaxın Şərqdən 200-ə yaxın Azərbaycan vətəndaşı Bakıya təxliyə olunur
Ən çox oxunanlar
Çinin ticarət profisiti rekord səviyyəyə yüksəlib
Azərbaycan neftinin son qiyməti
Azərbaycan İrana humanitar yardım göndərdi
Trampdan "neftlə bağlı bəzi sanksiyalara güzəşt" açıqlaması
Rəsmi məzənnələr açıqlandı
Neft müharibənin bitəcəyinə dair siqnallar fonunda ucuzlaşıb





















