"SOCAR Petroleum" bu həftə 4 CNG məntəqəsi açmağı planlaşdırır
Bu həftə ərzində “SOCAR Petroleum”QSC Bakıda və Abşeron yarımadasında daha 4 CNG (“compressed natural gas” - Sıxılmış təbii qaz) yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır.
Bunu “SOCAR Petroleum” QSC-nin Baş direktorunun invovasiyalar üzrə müavini Elnur Mustafayev bildirib.
"Bu gün “SOCAR Petroleum”QSC Azərbaycanda yeganə CNG (“compressed natural gas” - Sıxılmış təbii qaz) şəbəkəsinə malik şirkətdir. Hazırda QSC-nin 5 CNG yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Bu həftə ərzində daha 4 məntəqənin açılması nəzərdə tutulur. Bu məntəqələr Bakıda və Abşeron yarımadasında olacaq”.
O əlavə edib ki, hazırda “SOCAR Petroleum”un əsas prioriteti şirkətin bütün mövcud YDM-lərində CNG məntəqəsinin qurulmasıdır. E. Mustafayev məlumat verib ki, gələn il üçün bölgələrdə də CNG məntəqələrinin açılması nəzərdə tutulur:
"Azərbaycanda 1000-dən artıq CNG ilə işləyən avtomobil mövcuddur. Ölkədə 10-dan artıq CNG avadanlıqları quraşdıran şirkət var. Bu da onu göstərir ki, ölkədə bu sahədə heç bir inhisar mövcud deyil”.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
18 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 18 saat əvvəl
-
20 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























