Rusiya şirkətinin Azərbaycanda zavodunun təməli qoyuldu
Bu gün İqtisadiyyat Nazirliyinin Hacıqabul Sənaye Məhəlləsində Rusiya kapitallı "Penoplekst SPB" şirkətinin izolyasiya materiallarının istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib.
Təməlqoyma mərasimində iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov və onun Rusiyadan olan həmkarı Azər Talıbov, eləcə də digər rəsmi şəxslər iştirak ediblər.
Bildirilib ki, baş ofisi Sankt-Peterburq şəhərində yerləşən Rusiya şirkəti 1998-ci ildən fəaliyyət göstərir. Onun fəaliyyət sahələri əsasən polimer əsaslı istilik və su izolyasiyası, eləcə də dekorativ tətbiqi materiallar istehsalıdır. Şirkət 11-ci zavodunu Azərbaycanda açacaq. Belə ki, hazırda müəssisənin Rusiyada 8, Qazaxıstanda 1, Özbəkistanda da 1 zavodu fəaliyyət göstərir.
Ərazisi 7 hektar olacaq Azərbaycandakı zavoda 6,6 milyon manat investisiya qoyulacaq. Onun məhsullarının əsas satış bazarı Azərbaycanla yanaşı, qonşu Gürcüstan, İran, Qazaxıstan və Rusiya olacaq.
Xatırladaq ki, Hacıqabul Sənaye Məhəlləsi 2017-ci ildə yaradılıb. Məhəllənin ümumi ərazisi 20 hektar, əsas layihə istiqamətləri ağır maşınqayırma, tikinti materiallarının istehsalı üçün avadanlıqlar, avtomobil, kompozit materialları müxtəlif təyinatlı gübrələr müxtəlif plastik qablar, balıq yemi polipropilen kisə istehsalı, avtomobil şinlərinin və akkumulyatorların təkrar emalıdır. Məhəllədə olan layihələrin ümumi dəyəri 60,95 milyon manatdır.
Azərbaycan və Rusiya rəsmiləri Hacıqabul Sənaye Məhəlləsində bu il təməli qoyulmuş, "Azərmaş" ASC və Rusiyanın "Qaz Qrup" şirkətinə məxsus, kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunda aparılan tikinti işləri ilə də tanış olublar. Qeyd edək ki, bu zavodun investiya dəyəri 14 milyon manatdır. Zavodda ildə 1 000 ədəd "Qazel", "Qazel Biznes", "Qazel Next" markalı avtomobillərin istehsalı nəzərdə tutulur.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 27 d. əvvəl
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
-
3 saat əvvəl
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
-
4 saat əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Ən çox oxunanlar
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib























