Prezident Trampın impiçmenti üzrə araşdırmaların nəticələri haqqında hesabat bəyənilib
ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi Prezident Trampın impiçmenti üzrə araşdırmaların nəticələri haqqında hesabatı bəyənib.
Məruzə müəllifləri Prezident Donald Trampı impiçment haqqında işin araşdırılmasına mane olmaqda və Ukrayna Prezidentindən “2020-ci ilin prezident seçkilərinə müdaxilə etməyi” istəməkdə ittiham edirlər. Səsvermənin nəticələrinə görə, sənəd Nümayəndələr Palatasının məhkəmə komitəsinə göndərilib. Prezidentin impiçmenti prosesinə başlayıb-başlamamağı məhz bu komitə müəyyən edəcək.
Daha əvvəl Nümayəndələr Palatasının xarici işlər, kəşfiyyat, nəzarət və islahatlar komitələri tərəfindən dərc edilmiş 300 səhifəlik hesabatda Donald Trampın impiçmentinə dair iş üzrə demokratların dəlilləri ətraflı şərh edilib. Sənəd ABŞ Prezidentİ Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski arasında iyulun 25-də baş tutmuş telefon danışığı barədə məlumat verən şəxsin məruzəsindən sonra ABŞ Konqresində demokratlar tərəfindən keçirilmiş bir neçə qapalı və açıq dinləmələrdən sonra dərc edilib. Tramp telefon danışığında Ukrayna Prezidentindən demokratlardan prezidentliyə namizəd Co Bayden və onun oğlu Hanter Bayden barəsində araşdırma aparılmasını xahiş edib.
Demokratlar hesabatda bildirirlər ki, Tramp administrasiyası Baydenlərə qarşı araşdırma başlamayacağı təqdirdə, Ukrayna administrasiyasını Kiyevə hərbi yardım üçün nəzərdə tutulmuş 250 milyon dollar vəsaiti dayandırmaq və iki prezidentin görüşünü təxirə salmaqla hədələyib və bunu sübut edən yetərincə dəlil var.
Londonda NATO sammitində iştirak edən Tramp hesabatın qəbul edilməsinə etinasız yanaşıb. Ağ Evin mətbuat katibi Stefani Qrişam deyib: “Birtərəfli qondarma prosesin sonunda nə sədr Adam Şiff, nə də demokratlar Prezident Trampın qaydaları pozmasına dair heç bir sübut təqdim edə bilməyiblər”.
© "Azərtac"
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 18 saat əvvəl
-
- 18 saat əvvəl
-
20 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























