Mobil operator "üz tanıma" ilə nömrə satacaq – MEMORANDUM İMZALANDI
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi hər il olduğu kimi bu dəfə də "Bakutel-2019" Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransında öz məhsullarını təqdim edir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Marja"ya daxil olmuş məlumata görə, sərgi çərçivəsində nümayiş olunan “SmartCell” həllinin tətbiqinə dair “Azercell” mobil operatoru ilə Məlumat Hesablama Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memoranduma əsasən, elektron imzadan istifadə etməklə mobil operatorla müştəri arasında bağlanılan elektron abunə müqaviləsinin tətbiqi, abunəçilərin üz təsviri üzrə eyniləşdirilməsi sahəsində əməkdaşlıq olunacaq.
Memorandumu Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsəsdov və Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev imzalayıb.
Məlumat üçün qeyd edək ki, SmartCell – üz tanıma və elektron imza texnologiyalarını birləşdirən yeni mobil həldir. Eyni zamanda üz tanıma texnologiyası (Face ID) ilə mobil nömrələrin satışını həyata keçirən rəqəmsal nömrə satışı sistemidir. Sistem, müştərinin iştirakı ilə real vaxt rejimində əldə edilmiş şəklin şəxsiyyət vəsiqəsindəki şəkil ilə eyniləşdirilməsinə, həmçinin abunə müqaviləsinin elektron imza ilə imzalanmasına imkan verir.
SmartCell nömrə satış sistemi həm operatorlar, həm də müştərilər üçün aşağıdakı üstünlüklərə malikdir.
-Vaxta qənaət;
-Elektron müqavilə;
-Elektron imza ilə əməliyyatın aparılması;
-Satıcının və müştərinin şəkli (face ID) və elektron imza ilə identifikasiyası;
-Yalnız səlahiyyətli şəxslər tərəfindən satışın təmini;
Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Sertifikat Xidmətləri mərkəzi tərəfindən nömrə satışı zamanı elektron imza sertifikatının təqdim edilməsi prosesi çox sadədir.
Mobil tətbiqin köməyi ilə şəxsiyyət vəsiqəsi ilə üz tanınma prosesi həyata keçirilir.
Həmin şəxsi məlumatlar əsasında e-imza yaratma və yoxlama məlumatları yaranır. Şəxsə aid imza yaratma məlumatları müvafiq proqramın içərisində təhlükəsiz şəkildə saxlanılır. Bu məlumatlar əsasında şəxsə aid sertifikat sorğusu hazırlanır. Sertifikat Xidmətləri Mərkəzinin müvafiq infrastrukturuna sertifikatın alınması üçün sorğu göndərilir. Mərkəz tərəfindən verilən sertifikat proqram tərəfindən qəbul olunaraq sənədləri imzalamaq üçün tam istifadəyə hazır vəziyyətə gətirilir. Bütün bu proses qısa vaxt ərzində baş verir.
BANK SAHƏSİNDƏ DƏ TƏTBİQ EDİLƏCƏK
Onu da qeyd edək ki, üz tanıma və elektron imza texnologiyalarını birləşdirən "SmartCell" texnologiyası gələcəkdə bank və maliyyə sahələrində də tətbiq edilə biləcək. Bu texnologiyanın tətbiqi zamanı prosesin videoçəkilişini də təmin etmək mümkündür.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 6 saat sonra
-
-
10 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
10 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
11 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
11 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 11 saat əvvəl
-
12 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
12 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb























