Mərkəzi Bank hərracın nəticəsini açıqladı
03 aprel 2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 149,2 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,76% təşkil etmişdir.
"Marja" xəbər verir ki, Mərkəzi Bank 100 milyon manat cəlb edəcəyini açıqlamışdı.
Xəbər verdiyimiz kimi, 31 mart 2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 301,5 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,53% təşkil etmişdir. Mərkəzi Bank 200 milyon manat cəlb edəcəyini açıqlamışdı.
Martın 27-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 336,3 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,71 faiz təşkil etmişdi. Mərkəzi Bank 300 milyon manat cəlb edəcəyini elan etmişdi. Beləliklə, son 3 hərrac ilə Mərkəzi Bank 600 milyon manatı dövriyyədən çıxardıb.
Mərkəzi Bank depozit hərracları vasitəsilə dövriyyədəki Manat kütləsini azaldır. Yəni, Dollar alışına yönəldilə biləcək izafi manat yığılır. Son iki ayda Dolların Manat qarşısında ucuzlaşmasının əsas səbəbi Mərkəzi Bankın sterilizasiya (izafi pulun dövriyyədən çıxarılması) əməliyyatlarıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
54 d. əvvəl
Bazarda ciddi nöqsanlar aşkarlanıb, məhdudlaşdırıcı qərar qəbul edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Unibank İdarə Heyətinin sədri ABŞ-yə ilk bankçılıq missiyasında iştirak edib
-
1 saat əvvəl
Xalq Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak edib
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə iki yeni müavin təyin edilib
-
3 saat əvvəl
Yanğından mühafizə fəaliyyəti üzrə çalışan bəzi müəssisələrin lisenziyaları ləğv olunub
- 3 saat əvvəl