Dövlətə məxsus şirkət ləğv edilir - SƏRƏNCAM
Səhmləri dövlətə məxsus olan "Azneftkimyamaş" ASC ləğv edilir.
"Marja" xəbər verir ki, bu barədə ASC-nin elanında deyilir.
Qeyd edilib ki, "Azneftkimyamaş" ASC Əmlak Məsələləri Dövlət Komitəsinin 27.11.2019-cu ul tarixli 233 nömrəli sərəncamı ilə "Azneftkimyamaş" açıq səhmdar cəmiyyəti "Balaxanı Maşınqayırma Zavodu" açıq səhmdar cəmiyyətinə qoşulması ilə əlaqədar "Azneftkimyamaş" açıq səhmdar cəmiyyəti ləğv edilir.
Xatırladaq ki, 2001-ci ildə "Azneftkimyamaş" Dövlət Şirkəti ləğv edilmiş, Səttarxan adına maşınqayırma zavodu, Keşlə maşınqayırma zavodu, B.Sərdarov adına maşınqayırma zavodu, Zabrat maşınqayırma zavodu, "Bakı fəhləsi" maşınqayırma zavodu, Bakı maşınqayırma zavodu, Suraxanı maşınqayırma zavodu, Bakı neftqazmədən avadanlığı zavodu, Bakı neftmədən maşınqayırma zavodu, Səbail maşınqayırma zavodu, Balaxanı maşınqayırma zavodu, 28 May adına maşınqayırma zavodu, "Azneftmaş" təcrübə-sınaq zavodu, Sabunçu elmi-texniki təcrübə müəssisəsi, Azərbaycan Elmi Tədqiqat və Layihə Konstruktor Neft Maşınqayırma İnstitutu (AZNMAŞİ), Azərbaycan Maşınqayırma Texnologiyası İnstitutu, Neftqazçıxarma Maşın və Avadanlıqların Layihələndirilməsi üzrə Xüsusi Büro (XKB «Neftmaş»), Azərbaycan Dövlət Maşınqayırma və Metal Emalı Müəssisələrinin Kompleks Layihələndirmə İnstitutunun bazasında səhmləri dövlətə məxsus olan "Azneftkimyamaş" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 24 d. əvvəl
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
-
2 saat əvvəl
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
-
4 saat əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Ən çox oxunanlar
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
























