Azərbaycanın Baş Naziri qlobal bankın Prezdenti ilə saziş imzaladı
- Azərbaycan AYİB-in donor ölkələr icmasına qoşulur
- 2 milyon ABŞ dolları dəyərində qrant AYİB-in layihələrini birgə maliyyələşdirəcək
- Azərbaycan donor ölkə olaraq 2 milyon ABŞ dolları məbləğində vəsiti AYİB-in ölkədəki layihələri üçün ayırır.
"Azərbaycan bu gün Bankın donor ölkələr icmasına qoşulmaqla özünün Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə tərəfdaşlığını daha da möhkəmləndirmişdir".
Bu barədə AYİB-dən "Marja"ya daxil olmuş məlumatda deyilir.
Məlumatda qeyd edilib ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 2 milyon ABŞ dolları dəyərində qrantı ölkə iqtisadiyyatını diversifikasiya etməyə kömək etmək, qeyri-neft sektorunda özəl bizneslərin inkişafını təşviq etmək, innovasiya imkanlarını genişləndirmək və ixrac potensialını artırmaq üçün müxtəlif sektorlarda AYİB-in layihələrinə dəstək təmin edəcək.
Azərbaycanın baş naziri Əli Əsədov və AYİB-in prezidenti Suma Çakrabarti AYIB-in Londondakı baş qərargahında keçirilən ilk Şərq Tərəfdaşlıq İnvestisiya Sammitində vəsaitin ayrılması üçün müvafiq saziş imzalayıblar.
"AYİB Azərbaycanda qabaqcıl institusional investorların biri olmaqla iqtisadiyyatın diversifikasiyası və özəl sektorun inkişafı istiqamətində edilən səyləri dəstəkləməyi diqqət mərkəzində saxlayır.
Azərbaycanın öhdəliyinə götürdüyü yeni vəsait innovasiya və yeni texnologiyaların, regionların inkişafının, eləcə də enerji səmərəliliyini artıran layihələrdə dayanıqlı və bərpa olunan enerjinin təşviq edilməsi məqsədilə xüsusilə kənd təsərrüfatı sektorunda olmaqla, Kiçik və Orta Sahibkarlıq Subyektlərinə (KOSS) və qadınların təsis etdiyi bizneslərə kömək etmək üçün istifadə olunacaq.
Qrantlar nəqliyyat və bərk tullantıların idarə edilməsi kimi şəhər infrastrukturu sahəsində konsaltinq layihələri və investisiyalara dəstək təmin edəcək. Onlar həmçinin Azərbaycan iqtisadiyyatını daha da möhkəmləndirmək üçün strateji göstərişlər təmin etmək istiqamətində siyasət islahatlarına dəstək təmin edəcək.
Vəsait investisiya qrantları, təşviqedici ödənişlər və risklərin bölüşdürülməsi vasitələri formasında ayrıla bilər",- məlumatda bildirilir.
Bu günə qədər AYİB Azərbaycanda 168 layihəyə 3,3 milyard AVRO vəsait yatırmışdır.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 saat sonra
-
- 18 d. əvvəl
- 33 d. əvvəl
-
47 d. əvvəl
Tramp İrana 300 milyard dollarlıq ödəniş iddialarını təkzib edib
-
9 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
14 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Tramp İrana 300 milyard dollarlıq ödəniş iddialarını təkzib edib
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
Düyü idxalı 21,2% azalıb
Ən çox oxunanlar
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"



























