Bəyan edilən dövriyyələr artıb - pərakəndə ticarət öndədir
Vergilər Nazirliyi bildirir ki, “Kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, vergi uçotunun bərpası və biznesin öz dövriyyələrini leqallaşdırması istiqamətində əldə olunmuş müsbət nəticələr 2019-cu ilin ötən dövründə də müşahidə edilməkdədir. İqtisadiyyatda və vergi sistemində şəffaflaşma proseslərinin sürətlə davam etməsi qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının artmasına səbəb olub.
Cari ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektorunda dövriyyənin nominal artım tempi 8,9 faiz təşkil edərək, bu sektorda ÜDM-in nominal artım tempini üstələyib. Regionlar üzrə bəyan edilmiş dövriyyələrin həcmi 11,9 faiz artıb. Qeyri-neft sektorunda əlavə dəyər vergisinə cəlb olunan dövriyyələrin artım tempi 12,8 faiz, o cümlədən regionlar üzrə 27,9 faiz təşkil edib.
Qeyri-neft sektorunda dövriyyələrin ən yüksək artım tempi ticarətdə (24,2 faiz), o cümlədən pərakəndə ticarətdə (36,2 faiz) və topdansatış ticarətdə (15,8 faiz), ictimai iaşədə (21,6 faiz) və qeyri-neft istehsalı sahəsində (18,1 faiz) müşahidə olunub.
Əlavə dəyər vergisinə cəlb olunan dövriyyələrin həcmi ticarətdə 33 faiz, o cümlədən pərakəndə ticarətdə 41,5 faiz və topdansatış ticarətdə 27,6 faiz, xidmət sahəsində 14,1 faiz, o cümlədən ictimai iaşədə 19 faiz, kənd təsərrüfatında 15,8 faiz artıb.
Qeyri-neft sektorunun ümumi dövriyyəsində elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyənin xüsusi çəkisi 55,2 faizdən 63,3 faizə yüksəlib, elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyənin həcmi isə 24,9 faiz artıb.
Cəmi dövriyyədə elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyənin xüsusi çəkisi qeyri-neft sənayesində 69,7 faizdən 84,4 faizə, ticarətdə 48,2 faizdən 55,8 faizə (o cümlədən topdansatış ticarətdə 66,2 faizdən 81,6 faizə), tikintidə (neft-qaz sektoruna xidmət edən vergi ödəyiciləri istisna olunmaqla) 83,9 faizdən 88,9 faizə, kənd təsərrüfatında 50,7 faizdən 91,8 faizə, digər fəaliyyət sahələrində isə 63,9 faizdən 83,9 faizə yüksəlib.
Elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyələrdə ən yüksək artım kənd təsərrüfatında (1,9 dəfə), ticarətdə (43,8 faiz), o cümlədən pərakəndə ticarətdə (48 faiz) və topdansatış ticarətdə (42,7 faiz), qeyri-neft istehsal sahəsində (31,1 faiz), xidmətdə (neft-qaz sektoruna xidmət edən vergi ödəyiciləri nəzərə alınmadan - 20,1 faiz), o cümlədən ictimai iaşədə (28,6 faiz), rabitədə (21,1 faiz) və digər fəaliyyət sahələrində (19,4 faiz) qeydə alınıb.
“Bütün bunlar qeyri-neft sektorunda həyata keçirilən əqdlərin elektron sənədləşməsi səviyyəsinin yüksəldiyini və nəticə etibarilə dövriyyələrin vergidən yayındırılması hallarının miqyasının azaldığını göstərir. Bu proseslərin təsiri nəticəsində bank hesabları üzrə nağdlaşdırılan vəsaitlərin həcminin azaldığı, özəl sektor müəssisələrinin banklardakı cari hesablaşma hesablarının qalığında (milli valyutada) yüksək artım dinamikası müşahidə olunur ki, bu da bank sektorundan keçən dövriyyələrin həcminin artaraq şəffaflaşmasını təsdiq edir”,- Nazirliyin məlumatında deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
11 saat əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 11 saat əvvəl
-
11 saat əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
11 saat əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
11 saat əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
19 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ən çox oxunanlar
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb







.jpg)













.jpg)




