“Yapı Kredi Bank Azərbaycan”ın xalis mənfəəti təxminən 40% artıb
“Yapı Kredi Bank Azərbaycan” QSC 2019-cu ilin yanvar-sentyabr dövrünü 3 milyon 773 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 68 min manat və ya 39,5% çoxdur.
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə 2019-cu ilin yanvar - sentyabr dövründə “Yapı Kredi Bank Azərbaycan” QSC-nin faiz gəliləri 4,1% azalaraq 24 milyon 953 min manat, qeyri- faiz gəlirləri isə 14% azalaraq 10 milyon786 min manat təşkil edib.
Müqayisə olunan dövrdə Bankın faiz xərcləri 39,2% azalaraq 2 milyon 301 min manat, qeyri - faiz xərcləri isə 3,1% azalaraq 21 milyon 611 min manat təşkil edib.
2019-cu ilin 9 ayı ərzində “Yapı Kredi Bank Azərbaycan”ın cəmi gəlirləri 35 milyon 739 min manat, cəmi xərcləri isə 23 milyon 912 min manat təşkil edib. Nəticədə Bankın 11 milyon 828 milyon manat əməliyyat mənfəəti formalaşıb. Əməlyyat mənfəətindən 6 milyon 988 min manat ehtiyata ayrılıb və 1 milyon 261 min manat mənfəət vergisi ödənilib. Nəticədə 3 milyon 773 min manat xalis mənfəət qalıb.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin 9 ay ərzində “Yapı Kredi Bank Azərbaycan”ın cəmi gəlirləri 38 milyon 569 min manat, cəmi xərcləri isə 26 milyon 95 min manat təşkil edib. Nəticədə Bankın 12 milyon 474 milyon manat əməliyyat mənfəəti formalaşmışdı. Əməlyyat mənfəətindən 8 milyon 691 min manat ehtiyata ayrılmış və 1 milyon 78 min manat mənfəət vergisi ödənilmişdi. Nəticədə Bankın 2 milyon 705 min manat xalis mənfəəti qalmışdı.
“Yapı Kredi Bank Azərbaycan”ın əməliyyat mənfəətinin 12 milyon 474 milyon manatdan 11 milyon 828 milyon manata düşməsinə baxmayaraq xalis mənfəətinin 39,5% artması mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmaların azalması ilə bağlıdır.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
30 Sentyabr 2018-ci il tarixində "Yapı Kredi Bank Azərbaycan" 413 milyon 659 min manat cəmi aktivlərə malik olub. Aktivlərin 181 milyon 52 min manatını müştərilərə verilən kreditlər təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin sonunda Bankın cəmi aktivləri 426 milyon 681 min manat, müştərilərə verilən kreditlər 174 milyon 41 min manat təşkil etmişdi. 9 ay ərzində müştərilərə verilən kreditlər 7 milyon 11 min manat artıb.
Bankın kapital göstəriciləri kifayət qədər qənaətbəxşdir. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın I dərəcəli kapitalı 8% artaraq 66.7 milyon manat, məcmu kapitalı 7% artaraq 72,4 milyon manat olmuşdur.
Eyni dövrdə I dərəcəli kapitalın adekvatlıq əmsalı artaraq 31.8%-ə, məcmu kapitalın adekvatlıq əmsalı 34.5%-ə çatmışdır. Qeyd edək ki, bu göstəricilər yerli qanunvericiliyin minimal tələbindən dəfələrlə çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
- 12 d. əvvəl
-
17 d. əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 1 saat əvvəl
-
2 saat əvvəl
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qazaxıstan Orta Dəhlizin inkişafı üçün 300 milyon dollar vəsait cəlb edib
-
2 saat əvvəl
Ermənistan Naxçıvanla sərhəddə gömrük və sərhəd terminalları inşa etmək niyyətindədir
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
Ən çox oxunanlar
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir
Unibankın biznes kreditləri portfelində böyük artım
Azərbaycanda külək və günəş enerjisi istehsalı artıb - 2025-ci ildə elektrik enerjisinin istehsalı göstəriciləri açıqlandı
Dünyada 2025-ci ildə elektrikli avtomobil satışları 20,7 milyona çataraq rekord qırıb
ABŞ 2025-ci il üçün neft qiyməti proqnozunu yüksəltdi






















