İlin sonunda 1 dollar neçə manat ola bilər?
Azərbaycanın nağd valyuta bazarında stabilləşmə prosesi davam edir. Hazırda ölkədə fəaliyyət göstərən kommersiya banklarında ABŞ dollarının alış və satış məzənnələri arasındakı marja təxminən 0,02 manat (1 dollara - 2 qəpik) təşkil edir. Yəni, 1 ABŞ dollarının ən yaxşı alışı 1,71 manat, satışı isə 1,73 manata bərabərdir. Qeyd edək ki, bir neçə həftə öncə marja ən yaxşı halda 0,05 manat olub.
Analitiklər, alışla satış arasındakı fərqin yaxın həftələrdə bir qədər də daralaraq 0,01 manata enəcəyi proqnozlaşdırır:
"Marjanın daralması "qara bazar"ın fəaliyyətini məhdudlaşdıracaq. Bununla yanaşı, dolların məzənnəsinin cari səviyyədə sabitləşəcəyi ehtimal edilir. Dolların rəsmi məzənnəsi bir müddət 1,70-1,75 AZN/USD-ə yaxın formalaşdıqdan sonra neft qiymətlərinin yay aylarına doğru artması ilə 1,65 AZN/USD-yə qədər geriləyə bilər. Lakin ilin sonunda rəsmi məzənnə yenidən 1,70-1,75 AZN/USD-yə yüksələrək 2017-ci ili bu səviyyədə tamamlayacağı gözlənilir".
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) həyata keçirdiyi sərt monetar siyasət tədbirləri dolların məzənnəsinin sabitliyini təmin edəcək.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
2 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq

























