Bakı Fond Birjasında marketmeyker fəaliyyəti üzrə tələblərə dəyişiklik edilib
Bakı Fond Birjasında (BFB) ticarətdə tələb-təklifin stimullaşdırılması, rəqabətli qiymətlərin formalaşdırılması və likvidliyin artırılması məqsədi ilə istiqraz bazarında marketmeyker fəaliyyəti üzrə stimullaşdırıcı tələblər müəyyən olunmuşdur.
BFB-nın İdarə Heyətinin 18 oktyabr 2019-cu il tarixli qərarı ilə marketmeyker fəaliyyətinin predmeti olan qiymətli kağızların siyahısına, habelə marketmeyker fəaliyyəti üzrə alış kotirovkasının minimal həcminə dəyişliklik edilmişdir. Dəyişikliklər aşağıdakı kimidir:
1. Azərbaycan Respublikasının üzv olduğu Beynəlxalq Maliyyə təşkilatları tərəfindən buraxılan qiymətli kağızlar marketmeyker fəaliyyətinin predmeti kimi təsdiq olunan 1-ci qrup qiymətli kağızların siyahısına daxil edilmişdir.
2. Marketmeyker fəaliyyəti üzrə alış kotirovkasının minimal həcmi dəyişdirilərək aşağıdakı kimi müəyyən edilmişdir:
- 1-ci qrup qiymətli kağızlar (Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin dövlət istiqrazları, Azərbaycan Respublikasının Mərkəzi Bankın notları, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları və Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq maliyyə təşkilatlarının buraxdığı qiymətli kağızlar) üzrə 300,000 (üç yüz min) manat;
- 2-ci qrup qiymətli kağızlar (digər emitentlər tərəfindən emissiya edilmiş korporativ istiqrazlar və səhmlər) üzrə 50,000 (əlli min) manat.
İndiyədək marketmeyker fəaliyyəti üzrə alış kotirovkasının minimal həcmi 1-ci qrup qiymətli kağızlar üzrə 1,5 milyon manat, 2-ci qrup qiymətli kağızlar üzrə isə 200,000 manat təşkil edirdi. Bu tələblərə yalnız iki investisiya şirkəti cavab verərək korporativ qiymətli kağızlar bazarında marketmeyker qismində çıxış edirdi. “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş hədəflərə uyğun olaraq, qeyd olunan tələbin 1-ci qrup qiymətli kağızlar üzrə 5 (beş) dəfə, 2-ci qrup qiymətli kağızlar üzrə isə 4 (dörd) dəfə azaldılması fonunda dövlət qiymətli kağızları bazarında marketmeyker institutunun formalaşdırılması, korporativ qiymətli kağızlar bazarında isə marketmeyker fəaliyyətinin stimullaşdırılması ilə bazarın likvidliyinin artırılması nəzərdə tutulur.
BFB-nın ticarət qaydalarına əsasən, marketmeyker gündəlik olaraq BFB-də üzərinə götürdüyü öhdəlikləri həcmində alış və satış sifarişi (kotirovkası) təqdim etməlidir. BFB-nın ticarət qaydaları və BFB-nın İdarə Heyətinin müvafiq qərarı BFB-nın internet səhifəsində (www.bfb.az) qayda və təlimatlar bölməsində yerləşdirilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 47 d. əvvəl
-
57 d. əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
1 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb




























