Azərbaycanda inflyasiya açıqlandı - ƏRZAQ DAHA ÇOX BAHALAŞIB
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2019-cu ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,4 faiz bahalaşıb.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,3 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,7 faiz bahalaşmışdı.
Cari ilin sentyabr ayında avqust ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz bahalaşmış, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalmışdır.
Müqayisə üçün qeyd edək ki, cari ilin avqust ayında iyul ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,8 faiz ucuzlaşmış, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1 faiz bahalaşmış, qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalmışdı.
Sentaybr ayı ərzində düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, qatılaşdırılmış şəkərli südün, brınza və tərkibində qursaq mayası olan bərk və yumşaq pendirin, kəsmiyin, yumurtanın, süfrə marqarininin, portağalın, bananın, qozun, fındığın, şabalıdın, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, yerkökünün, sarımsağın, kartofun, şəkərin, qəhvənin, kakao tozunun, dondurmanın, kola içkisinin, limonadın, pivənin qiymətlərində bahalaşma, suda bişmiş kolbasanın, yoqurtun, xamanın, kərə, zeytun və qarğıdalı yağlarının, limonun, naringinin, almanın, armudun, narın, üzümün, kivinin, kələmin, balqabağın, çuğundurun, soğanın, quru noxudun, mərcinin, şəkər tozunun, arağın və energetik içkilərin qiymətlərində ucuzlaşma müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Cari ilin sentyabr ayında avqust ayına nisbətən qeyri-ərzaq mallarından mebel və ev əşyalarının, velosipedlərin, televizorların, kondisionerlərin, boyaların, kərpicin, parketin, kəsilmiş taxtanın qiymətlərində bahalaşma, divar kağızlarının, sementin, soyuducuların, toz şəklində sintetik yuyuсu vasitələrin, mobil telefonların, planşet tipli kompüterlərin qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
6 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
6 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























