Expressbank TaxFree4U xidmətinə qoşuldu

Expressbank-ın plastik kartları artıq TaxFree4U xidmətini dəstəkləyir.
Belə ki, müştərilər Expressbank-ın plastik kartları ilə Avropanın aparıcı ölkələrində ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş satış nöqtələrində alış-veriş edərkən, hava limanlarında növbə gözləmədən, əlavə sənədlər təqdim etmədən ƏDV vergisini plastik kartlarına geri alacaqlar.
TaxFree4U şirkəti tərəfindən yaradılmış xüsusi mobil applikasiya Avropanın 6 ölkəsində (Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Finlandiya və İspaniya) alış-veriş zamanı ƏDV-nin qaytarılmasını asanlaşdırır. TaxFree4U xidmətinə qoşulmaq üçün Expressbank-ın filiallarında müştəriyə təqdim olunan müvafiq Promokod vasitəsi ilə TaxFree4U mobil əlavəni yükləməklə qeydiyyatdan keçmək, alış-veriş qəbzlərini bu proqram vasitəsi ilə Taxfree4u şirkətinə göndərmək gərəkdir. Müştəri hava limanında alış-veriş qəbzlərinin əslini təqdim etdikdən sonra öz ölkəsinə geri dönür və poçt vasitəsi ilə sənədləri TaxFree4U şirkətinə yollayır. Sənədlər icraya qəbul edildikdən sonra 48 saat ərzində ƏDV vergisi müştərinin plastik kart hesabına oturur.
Expressbank-ın plastik kartları ilə həm ölkədaxili, həm xaricdə alış-veriş zamanı qazanc imkanını qaçırmayın.
Qeyd edək ki, “Expressbank”ın plastik kartlarına sahib olmaq istəyən müştərilər Visa Electron / Maestro kartlarını 6 AZN, Visa Classic / MasterCard Standart kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN ilkin mədaxil etməklə Visa Gold / MasterCard Gold, 800 AZN ilkin mədaxillə isə Visa Platinum / MasterCard Platinum kartlarını pulsuz sifariş etmək mümkündür.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
4 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
5 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
5 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 5 saat əvvəl
-
5 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
6 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 6 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
