4 faizlik sosial ipoteka ilə satılacaq
Sosial mənzillərin tikintisi regionlarda da aparılacaq.
Mənzil İnşaatı Dövlət Agentliyindən bildirilib ki, Prezident İlham Əliyevin 16 noyabr 2016-cı il tarixli Fərmanına əsasən güzəştli mənzillərin satış qaydaları müəyyən edilib. Sənəddə mənzillərin vətəndaşlar tərəfindən alınma mexanizmi və bu mənzilləri almaq hüququ olan əhali kateqoriyası da göstərilib. Əsas diqqət isə gənc ailələrə verilir.
Tikinti işlərinin 30 faizindən çoxunun başa çatmasından sonra, güzəştli şərtlərlə mənzillərin satışına başlanacaq. Eyni zamanda, ödəniş şərti də seçilə bilər - bu, birdəfəlik ödəniş və ya güzəştli kredit ola bilər.
Mənzilin dəyəri daxili perimetr üzrə hesablanacaq. Təqdim edilən 33 kvadratmetrlik birotaqlı mənzil xarici perimetrin hesablanması zamanı 40 kvadratmetrə çıxacaq. Bu isə artıq 20 faiz fərq – artım deməkdir.
Dövlətin güzəştli mənzil proqramı iki əsas güzəşt təqdim edir. Belə ki, mənzilin yerləşməsindən asılı olaraq qiymətlər bazar qiymətindən aşağı olacaq. Eləcə də, Azərbaycan İpoteka Fondu tərəfindən illik 4 faizlə verilən sosial ipoteka proqramı çərçivəsində uzunmüddətli ödəniş imkanı yaradılacaq.
Sənəddə, həmçinin hər il 3 min yeni mənzilin istifadəyə verilməsi öhdəlik kimi qoyulur. Bu, əmlak bazarının, təxminən, 10 faizi deməkdir. Sonrakı mərhələlərdə uyğun qiymətə əmlak sistemini ölkənin başqa şəhər və regionlarında inkişaf etdirmək öhdəliyi müəyyən edilib.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
2 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq

























