Hibrid avtomobillər üçün peşəkar servis mərkəzi fəaliyyətə başlayıb
(®) Həm ekologiya dostu, həm də qənaətcil hibrid avtomobillər dövrün yüksələn trendi hesab olunur və bu trend Azərbaycandan da yan keçməyib.
Son illərdə ölkəmizə gətirilən hibrid avtomobillərin sayı artmaqdadır. Lakin yeni istiqamət olduğu üçün bununla bağlı hələ ki, bir sıra çətinliklər də yaşanır. Alınan hibrid avtomobillərin arasında ikinci əl və ya müxtəlif xüsusi servis kampaniyalarından keçməyənləri də olur. Əsas məsələ isə problemi olan hibrid avtomobilləri təmir edə biləcək təcrübəli ustaların azlığıdır.
Toyota-nın Azərbaycanda rəsmi dileri Toyota Abşeron Mərkəzi məhz bu tələbatı nəzərə alaraq hibrid Toyota sahiblərinə tamamilə peşəkar servis təklif edir.
Toyota Abşeronda sırf bu sahə üzrə xüsusi təlimlərdən keçərək sertifikatlar əldə etmiş ustalar xidmət göstərir. Onlar avtomobilin problemini savadlı şəkildə təyin edə və təmirini peşəkarlıqla həyata keçirə bilirlər. Yalnız Toyota Abşeronda olan şəffaf salon konsepsiyası isə bütün təmir prosesi izləməyə şərait yaradır. Üstəlik, Toyota Abşeron Mərkəzi bütün xüsusi servis kampaniyalarını da Toyota standartlarına uyğun olaraq gerçəkləşdirəcək.
Beləliklə, hibrid Toyota sahibləri avtomobillərini arxayınlıqla idarə edə bilərlər, hibridə keçməyi planlaşdıranlar isə gələcəkdə təmirə görə narahat olmadan hibrid Toyota ala bilərlər.
Ətraflı məlumat üçün :
Tel.: +994 12 349 00 60 / *0110
Email: [email protected]
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
6 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
8 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 9 saat əvvəl
-
10 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 11 saat əvvəl
-
11 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək




























