““Payım” kolbasa və sosiskaları üçün ətlər “halal” olmayan qaynaqlardan alınır”
"“Payım” kolbasa və sosiskalarının istehsalında istifadə olunan mal və toyuq ətləri, kəsimi “halal” aparıb aparmadığı məlum olmayan fiziki şəxslərdən alınır"
“Halal” Məhsulların Sertifikatlaşdırılması Orqanı “AzeSERT HALAL” MMC, “Payım” kolbasa və sosiskalarının istehsalçısı “Al-Sana” MMC şirkətinə verdiyi “Uyğunluq Sertifikat”larının ləğv edilməsinin səbəbini açıqlayıb. Qeyd edək ki, Orqan halal qida istifadəçilərinin nəzərinə çatdırır ki, “Payım” kolbasa və sosiskaları “halal” deyil.
“AzeSERT HALAL” MMC-nin direktoru Elşad Əliyev “Marja”ya açıqlamasında bildirdi ki, qaydalara uyğun olaraq “Al-Sana” MMC-də dövrü inspeksiya nəzarəti tədbiri aparılıb:
“İnspeksiya nəzarəti tədbiri zamanı auditorlarımız “Al-Sana” MMC-nin təchizatçılarını dəyişdiyini aşkar etdilər. Belə ki, ət, qida əlavələri, ədviyyatlar və qablaşdırma materialları halal qaynaqlardan alınmalı olduğu halda, müxtəlif fiziki şəxslərdən əldə edilir. Məsələn, həm mal, həm də toyuq əti rayonlardakı ayrı-ayrı fiziki şəxslərdən alınır. Həmin fiziki şəxslər halal qaynaqlar hesab edilmir. 2017-ci ildə tərəfimizdən sertifikat təqdim edilən zaman “Al-Sana” MMC xammal və materialları halal qaynaq kimi qəbul edilən müəssisələrdən alırdı. Bu il dövri inspeksiya nəzarətilə təchizatçıların dəyişdirildiyini aşkar etmişik. Standartın tələbləri pozulduğundan ilk öncə 26 Avqust 2019-cu il tarixli qərarmız ilə “Halal” sertifikatların qüvvəsi dayandırılıb. Həmçinin tərəfimizdən nöqsanların aradan qaldırılması üçün “Al-Sana” MMC-yə yazılı göstəriş verilmişdir. “Al-Sana” MMC yazılı göstəriş və tövsiyyələrimizə məhəl qoymadığından 27 Sentyabr 2019-cu il tarixində “Uyğunluq Sertifikat”larının ləğv və “HALAL” Əmtəə Nişanından istifadənin qadağan edilməsi qərar qəbul etmişik. Nazirlər Kabinetinin qaydalarına uyğun olaraq bu barədə ictimaiyyəti məlumatlandırırıq”.
Xəbər verdiyimiz kimi, “Payım” kolbasa və sosiskalarının istehsalçısı “Al-Sana” MMC tərəfindən AZS 731-1-2015 saylı HALAL QİDA Dövlət Standartının 5.2., 5.3.b), 5.9. və 5.11. maddələrinin kobud şəkildə pozulduğu aşkar edilib.
“AzeSERT HALAL” “Halal” Məhsulların Sertifikatlaşdırılması Orqanından “Marja”ya bildirilib ki, şirkətin istehsal etdiyi “Payım” Əmtəə Nişanlı kolbasa və sosiskaların HALAL QİDA Standartına uyğun olmadığı üçün həmin məhsullara verilmiş AZ031.14.01.07848.17, AZ031.14.01.07849.17, AZ031.14.01.078450.17, AZ031.14.01.07851.17 saylı, 28 dekabr 2017-ci il tarixli “Uyğunluq Sertifikat”-ları ləğv edilmişdir.
“HALAL” Əmtəə Nişanından “Al-Sana” MMC tərəfindən istehsal olunan “Payım” Əmtəə Nişanlı kolbasa və sosiskaların üzərində və digər reklam xarakterli məlumatlarda istifadəsi qadağan edilmişdir.
Məlumat üçün bildirək ki, HALAL QİDA Dövlət Standartının 5.2., 5.3.b), 5.9. və 5.11. maddələri müvafiq olaraq kəsim qaydaları, qoruyucu qida əlavələri, qida gücləndiriciləri və qida qatqı maddələri üzrə tələbləri müəyyən edir.
“Al-Sana” MMC-nin hüquqşunası Kamran Əfəndiyev məsələ ilə bağlı “Marja”ya bildirib ki, 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi, “AzeSERT HALAL” MMC-nin uyğunluq sertifikatlarının qüvvədə olma müddətlərinin dayandırılması barədə 26 Avqust 2019-cu il tarixli qərarının icrasının dayandırılması barədə 19 Sentyabr 2019-cu il tarixli qərardad qəbul edib. Məhkəmənin qərardadından sonra “AzeSERT HALAL” MMC-nin “Uyğunluq Sertifikat”-larının ləğv edilməsi və “HALAL” Əmtəə Nişanından istifadənin qadağası barədə 27 Sentyabr 2019-cu il tarixli qərarı qanunsuzdur. Ətraflı: “Payım” kolbasa və sosiskalarının “HALAL” sertifikatı ləgv edilib - YENİLƏNİB
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
9 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 9 saat əvvəl
-
-
9 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
9 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
14 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb


























