Fiziki məhdud uşqlar Bank Respublika ilə birgə "Mən də Bacararam" deyə səsləndilər!
® Ölkə bankları arasında davamlı olaraq həyata keçirdiyi sosial layihələrlə fərqlənən Bank Respublika, daha bir fərqli və xeyirxah layihəyə imza atıb.
Bank bu dəfə “Bacarıqlı Əllər Dünyası” İctimai Birliyi ilə birgə fiziki məhdud uşaqlar üçün “Mən də bacararam!” adlı sosial layihə həyata keçirib.
Belə ki, 1 ay davam edən layihə çərçivəsində fiziki məhdud uşaqlar üçün əl işləri üzrə təlimlər təşkil olunub. Təlimlərin keçirilməsində əsas məqsəd fiziki məhdud uşaqların cəmiyyətə inteqrasiyasını təmin etmək, əl işləri sənətinə yiyələnərək rifah halının yüksəldilməsinə yardımçı olmaq idi. Təcrübəli müəllim və psixoloqlar tərəfindən aparılan təlimlər uşaqlar tərəfindən çox maraqla qarşılanıb. Şən abu-havada davam edən dərslərdə uşaqlar müxtəlif əl işləri sənətinə yiylənərək gözəl işlər ərsəyə gətirib.
Layihənin sonunda, ilk dəfə olaraq Bankın Baş ofisində uşaqların hazırladıqları əl işlərinin satış sərgisi keçirilib. Sərgi bankın əməkdaşları və müştəriləri tərəfindən böyük maraqla qarşılanıb və qısa bir müddətdə uşaqlar tərəfindən hazırlanan əl işləri satın alınıb. Sərgidə iştirak edən uşaqların öz zəhmətləri ilə hazırladıqları əl işlərinin satışının baş tutması halı çox sevindirib. Bununla da uşaqlar fiziki məhdud olsalar belə “Mən də bacararam!” deyə səsləniblər!
Qeyd edək ki, satılan əl işlərindən yığılan bütün məbləğ uşaqlara verilib.
Bankdan verilən məlumata əsasən Korporativ Sosial Məsuliyyət siyasəti Bank üçün prioritet təşkil edən sahələrdən biridir və Bank, bundan sonra da müxtəlif sosial layihələr həyata keçirərək, cəmiyyətə faydalı olmağa davam edəcək.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 gün sonra
-
- 18 d. əvvəl
- 25 d. əvvəl
- 43 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlham Əliyev: Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu bankın müştəriləri 4 milyon manatdan çox keşbek qazanıblar
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 7-də gözlənilən hava şəraiti
Omanda ABŞ-İran danışıqları başladı
“PAŞA Həyat” və “Kaspi Kids” 300-ə yaxın uşağı sığortaladı
"Merkuri BOKT" 2025-ci ilin 9 ayını mənfəət ilə başa vurub
Ən çox oxunanlar
Bu bankın müştəriləri 4 milyon manatdan çox keşbek qazanıblar
Nazir startap nümayəndələri ilə görüşüb
Ən yeni texnoloji cihazlar artıq "Bakcell Shop"da!
“PAŞA Bank”ın səhmarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
Azercell-dən xüsusi “Samsung” kampaniyası!
Bank vergi işçilərinə komissiyasız kredit təklif edir

















