Hesab.az şirkətlərlə əməkdaşlığı genişləndirməkdədir
® "Goldenpay" şirkəti mövcud olduğu bazarda güclü rəqiblər ilə daim rəqabət şəraitinə davam gətirmək üçün öz funksiyalarını və strukturunu təkmilləşdirir.
Dünyada baş verən texnoloji yenilikləri Hesab.az portalında tətbiq etməklə xitab etdiyi istifadəçi kütləsinin sayını ildən ilə daha da artırmış olur.
Nəinki texnoloji yeniliklər, eyni zamanda da həyata keçirdiyi qazanclı kampaniyalar ilə onlayn ödəniş portalları arasında seçilən mövqeyə sahib olmuşdur. Hesab.az- da ödəniş etmək həm sürətli, həm də rahat olmaqla yanaşı təhlükəsizdir və eyni zamanda da bonuslar qazanmaq imkanı verir. Daha sonra bonuslarınızı Dərhal dəyiş bölməsində müxtəlif kampaniya, hədiyyələrə dəyişə yaxud ildə bir neçə dəfə keçirilən hərracda iştirak edərək hədiyyə qazanmaq şansı əldə edə bilərsiniz. Məlumat üçün qeyd etmək istərdik ki, hərrac artıq uzun müddətdir ildə bir neçə dəfə həyata keçirilir. Əsasən dəyərli, elektronik hədiyyə qazanmaq imkanı verən hərracda olduqca qızğın mübarizə gedir. Hesab.az portalında Avqust ayında həyata keçirdiyi son hərracada dəyərli elektronik məhsullardan mobil telefonlar, DVD, Smart saatlar, yaddaş kartları kimi yüzlərlə dəyərli hədiyyələr öz qaliblərini tapdı.
Müxtəlif sahələr tərəfindən axtarılan tərəfdaş olmağı bacaran Hesab.az portalı mövcud istifadəçilərinə ən sərfəli təklifləri təqdim edir. Bununla da, Hesab.az istifadəçisi olmağın daha bir üstünlüyünü onlara sübut etmiş olur.
Hesab.az-ın Paşa Bank ilə birgə əməkdaşlığına əsasən Hesab.az-da PAŞA Bankın Miles&Smiles kartı ilə ödəniş edərək istifadəçilər millər qazanır və dünyanın daha çox yerlərini kəşf etmək imkanına sahib olurlar. Hesab.az portalında PAŞA Bankın Miles&Smiles kartı ilə kommunal və digər ödənişləri (dövlət ödənişi, sığorta alışı və bank ödənişlərinə şamil edilmir) həyata keçirərək, ödənilən hər 5 AZN üçün 1 mil qazana bilirlər.
Dünyagöz Bakı Hesab.az istifadəçilərinə xüsusi kampaniyaya başlayıb. Belə ki, Dünyagöz Bakı Hesab.az istifadəçiləri xarici və yerli peşəkar həkimlər tərəfindən müayinə keçdikdən sonra, digər prosedurlara 15% dəyərində endirim əldə edirlər.
Xalq Bank ilə birgə həyata keçirilən layihəyə əsasən Hesab.az istifadəçiləri ödənişləri müqabilində qazandıqları bonusları Xalq Bankın MasterCard Gold plastik kartına dəyişə bilmişlər. Qeydiyyatdan keçmiş istifadəçilər “Dərhal dəyiş” bölməsinə daxil olaraq 25.000 bonus xalını ilkin mədaxilsiz, pulsuz MC Gold plastik kartına dəyişiblər.
Eyni zamanda cari ilin avqust ayının 1-dən Xalq Bankın plastik kart sahibləri Hesab.az-da ödəniş edərkən ikiqat bonus qazanırlar. Bunun üçün hesab.az saytında qeydiyyatdan keçərək və ya hesab.az mobil tətbiqini yükləyərək kommunal, mobil və stasionar rabitə, kabel televiziyası, internet provayderlərin və s. ödənişləri bu səhifə vasitəsilə həyata keçirmək kifayətdir. Hər ödəniş zamanı qazanılan bonus xalı avtomatik olaraq 2 qat artacaq. Bu təklif bank, sığorta, bilet alışı və qeydiyyatsız ödənişlərə şamil olunmur. Kampaniya Sentyabr ayının 30-a kimi keçərlidir.
Hesab.az istifadəçilərini yeni kampaniya ilə sevindirəcək. Onlayn yemək çatırılma xidməti olan Wolt mobil tətbiqi Hesab.az istifadəçilərinə özəl kampaniya ilə onlara sərfəli təklifdən yararlanmağa imkan yaradacaq.
Qarşıdan gələn dövrdə yeni layihələrə imza atacağı gözlənilir. Böyük şirkətlərlə əməkdaşlığa hazırlaşan Goldenpay şirkəti həyata keçirməyi planlaşdırdığı kampaniyalar ilə istifadəçilərinə həmişə yaxşı xidmət göstərməyi və faydalı ola bilməyi hədəfləyir.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
-
13 saat sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
- 5 saat əvvəl
-
-
7 saat əvvəl
İran sabahdan ABŞ-a bağlı İT və texnologiya şirkətlərini vuracağı ilə bağlı xəbərdarlıq edib
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mikayıl Cabbarov “Fiba Holdinq”in nümayəndələri ilə görüşüb, əməkdaşlıq müzakirə edilib
-
10 saat əvvəl
Trampdan ABŞ-ın müttəfiqlərinə sərt reaksiya: Gedin reaktiv yanacağınızı Hörmüz boğazından alın
-
10 saat əvvəl
Heqset: ABŞ Rusiya və Çinin İran ətrafında nə etdiyini dəqiqliklə bilir
-
10 saat əvvəl
ABŞ-ın müharibə naziri: Bəlkə də İrana qoşun yeritməyə ehtiyac olmayacaq
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
Tramp: Hörmüz boğazı özü açılacaq, İran artıq məğlub edilib
Baffetdən xüsusi açıqlamalar: "Qeyts ilə əlaqəni kəsmişəm"
Trampdan ABŞ-ın müttəfiqlərinə sərt reaksiya: Gedin reaktiv yanacağınızı Hörmüz boğazından alın
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Aprelin 1-dən qadağan edilir
“Azercell" də Baş icraçı direktor vəzifəsi yaradılıb
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə növbəti kupon ödənişi həyata keçiriləcək






















