"Türkiyə pomidoru Rusiyaya Azərbaycan vasitəsilə ixrac olunur"
"Türkiyə pomidoru Rusiyaya qonşu ölkələr, o cümlədən Azərbaycan vasitəsilə ixrac olunur".
"Marja" xəbər verir ki, bunu Türkiyə İstixana İnvestorları və İstehsalçıları Birliyinin (SERA BİR) sədri Müslüm Yanmaz bildirib.
"Rusyanın qonşularından aldığı pomidorların hamısı Türk pomidorudur. Rusiya embarqosundan sonra Belarusa 500 faiz, Azərbaycana 160 faiz, Polşaya 200 faiz, Naxçıvana 150 faiz artan pomidor ixracı bu vəziyyəti daha aydın ortaya qoyur. Qonşu ölkələrə artan ixracat rəqəmləri Türk pomidorun Rusiyaya göndərildiyinin sübutudur. Rusiya xalqının spekulyantlara məhkum edilməsini anlamaqda çətinlik çəkirik",- o deyib.
Təyyarə böhranına qədər ən böyük bazarın Rusiya olduğunu bildirən Yanmaz, ötən müddətdə iki ölkə arasında münasibətlərin normallaşmasına baxmayaraq, Rusiyanın embarqodan əl çəkməməsini anlamadığını dilə gətirib.
Yanmaz, sözügedən embarqonun həm Türkiyə istehsalçılarına, həm də Rusiya vətəndaşlarına mənfi təsir göstərdiyini vurğulayaraq, "Keçirilən bütün yüksək səviyyəli görüşlərdə, təəssüf ki, hər hansı bir irəliləyiş qeyd etməmişik. Bunun əsas səbəbi Rusiyadakı spekulyantların gəlir davasıdır", - deyib.
Rusiyanın Türk pomidoruna möhtac olduğunu vurğulayan Yanmaz, "Başqa ölkələrə göndərilən Türk pomidoru bu ölkəyə yüksək qiymətdən satılır. Əvvəlcədən təxminən 500 min ton pomidor ixracı etdiyimiz Rusiyada, vasitəçi ölkələr vasitəsilə Rusiya xalqı daha bahalı pomidor yeyir. Bu rəqəmin ümumi qarşılığı 500 milyon dollardır. Aradakı spekulyantlar 500 milyon qazanarkən Türk istehsalçıları və Rusiya xalqı böyük zərər görür. Münasibətlərimiz yaxşılaşmağa başladığı, iki ölkə arasındakı ticarət həcminin artdığı bu dövrdə pomidor qadağasının qalxmaması başa düşülən deyil".
Qeyd edək ki, Rusiya, içərisində Türkiyə pomidoru olduğundan şübhələndiyi üçün Azərbaycanın yük avtomobillərini ölkə ərazisinə buraxmır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
1 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 13 d. əvvəl
- 15 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
























