“Rentabelliyi neftə bərabər KARTOF”
(®) Kartof kənd təsərrüfatının ən gəlirli bitki növlərindəndir. İnkişaf Etmiş Ölkələrdə kartofçuluğun rentabelliyi 300%-ə çatır. Mütəxəssislər qeyd edir ki, kartof həm də çox tələbkar və səhlənkarlığı əfv etməyən bitkidir. Yüksək məhsuldarlıq və gəlir əldə etmək üçün düzgün aqrar texnologiya, keyfiyyətli texnika, mövsüm ərzində 5-6 aqrokimyəvi qulluq, düzgün yığım və saxlanma vacibdir. Düzgün sortun seçilməsi də vacib məsələlərdəndir.
“Kənd Təsərrüfatı Nazirliyi kartof istehsalçılarının gəlirlərinin artması və aparıcı texnologiyaların tətbiqi vasitəsi ilə peşəkar kadrların inkişaf etdirilməsinə çalışır”
Fermer və kənd təsərrüfatı müəssisələrinin istehsal prosesini sürətləndirmək üçün yüksək texnologiyaların tətbiqini təmin etmək məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi ixtisaslaşmış texnika ilə tanışlıq kampaniyasına start verib. İsmayıllı rayonunda, “Buta Qrup” MMC-nin sahələrində keçirilmiş “Kartof festivalı”nda nümayiş etdirilən texnika və texnologiyalar fermerlərin əl əməyini azaltmağa və istehsal prosesini sadələşdirməyə yönəlib.
“PriorLeasing” ASC-nın baş sponsorluğu və aparıcı aqrar texnika istehsalçıları CLAAS və GRIMME brendlərinin sponsorluğu ilə təşkil olan tədbirdə tərəvəz istehsalçılarına kartof istehsalında tətbiq olunan ən müasir texnologiyalar nümayiş olundu, logistika və saxlanma zamanı tətbiq edilən avtomatlaşdırılmış proseslərin üstünlükləri barədə ətraflı məlumat verilib.
CLAAS kompaniyası dünyanın aparıcı kənd təsərrüfatı texnikası istehsalçılarındandır. Yüz illik tarixi ərzində dünyanın əksər ölkələrinin aqrar sahə bazarı əxz edilib.GRIMME dünyanın kartof istehsalı texnikası və kartofçuluq sahəsində innovativ texnologiyaları təklif edən aparıcı şirkətlərindəndir.
Sponsorların dəstəyi ilə festivalda ölkə üzrə əsas kartof təchizatçısı olan İsmayıllı, Tovuz, Qazax, Gədəbəy, Masallı və Cəlilabad rayonlarından fermerlər iştirak etdimişdir. Tədbirdə həmçinin İsmayıllı rayonunun icra başçısı Mirdaməd Sadıqov və Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev iştirak etmişdilər.
Tədbir iştirakçıları qeyd etdilər ki, hazırda kartof öz əhəmiyyətinə görə Azərbaycanda taxıl bitkilərindən sonra ikinci yerdə qərarlaşıb. Ölkə üzrə kartof məhsulu ilə özünütəminat səviyyəsinin artırılması və ərzaq təhlükəsizliyinin təminatı aparıcı texnologiyaların tətbiqini zəruri edir.
Kompaniya nümayəndələri kartofəkən maşınlar, cərgəaçan frez, kəsim aparatı, kartofyığan kombayn və traktorlar barədə ətraflı məlumat vermişdilər. Fermerlər “Buta Qrup” MMC-nin kartof sahələrində adıçəkilən texnikaların istifadəsi ilə əyani tanış oldular, müasir texnologiyaların yüksək effektivliyini müşahidə etdilər. Sahə nümayişindən sonra fermerlər sirkətin sex və anbarlarında çeşidləmə və qablaşdırma maşınlarıyla tanış oldular. Onlara istehsal, logistika, saxlama və paketləmə prosesləri nümayiş etdirildi.
“Məqsədimiz kənd təsərrüfatında fermerlərin ağır əl əməyinin müasir innovativ texnika və avadanlıqlarla əvəz edilməsidir. Kənd təsərrüfatı texnikalarının fermerlərə güzəştli şərtlərlə - 40% subsidiya ilə təqdim edilməsinin, eləcə də texnika bazarının liberallaşdırılmasının, yəni fermerə istədiyi təchizatçıdan texnika seçmək azadlığı verilməsinin əsas səbəblərindən biri də məhz budur. Müasir texnikalardan istifadə aqrar sahədə məhsuldarlığın artmasına, daha peşəkar və bacarıqlı işçilərin çoxalmasına və buna mütənasib olaraq, gəlirlərin də yüksəlməsinə səbəb olar”, – deyə, kənd təsərrüfatı nazirliyinin rəsmisi bəyan etdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
11 saat əvvəl
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
12 saat əvvəl
Azərbaycanda 635 milyon manatdan çox kredit bank və qeyri-bank təşkilatlarına vaxtında qaytarılmayıb
-
12 saat əvvəl
FED-in üstünlük verdiyi inflyasiya göstəricisi 3 ilin ən yüksək səviyyəsində
-
13 saat əvvəl
Dövlət Vergi Xidməti pivə istehsalçılarını topladı: bazarda gizli dövriyyə halları aşkarlanıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
-
13 saat əvvəl
Ayan Qəmbərova: “Əmlak bazarının gələcəyi peşəkar idarəetmədən keçir”
-
13 saat əvvəl
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
-
13 saat əvvəl
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Dolların 29 İyun üçün rəsmi məzənnəsi müəyyən edilib
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
Ən çox oxunanlar
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
“Daşkəsən Dəmir Filiz” şirkətinin maliyyə nəticələri daha da pisləşib, zərəri 2,6 dəfə artıb
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır


























