"PASHA Bank Cup" yarışmasına start verilir!
(®) Ölkənin aparıcı korporativ bankı- PAŞA Bank Azərbaycanda İT sahəsinin inkişafına dəstək verməyə davam edir.
Bankın nəzdində fəaliyyət göstərən Rəqəmsal Laboratoriya növbəti bir yeniliyə imza atır. Belə ki, respublikada İT sahəsində çalışan kadrların potensialının artırılmasına və bu sahəyə marağı olanların bacarıqlarının inkişaf etdirməsinə yönəlmiş "PASHA Bank Cup" yarışmasına start verilir.
Yarışmanın əsas məqsədi yarış iştirakçılarına yeni fundamental biliklər əldə etmək, bacarıqlarını genişləndirmək və peşəkar keyfiyyətlərini nümayiş etdirmək üçün əlverişli şərait yaratmaqdır. Yarışmada iştirak etmək üçün məktəblilər, tələbələr və peşəkar proqramçılar daxil olmaqla müxtəlif yaş qruplarına aid istedadlı yerli proqramçılar dəvət olunurlar.
Yarışma 4 təsnifat mərhələləri və 1 final mərhələsindən ibarət olacaq. Hər bir təsnifat mərhələsində ölkənin ən güclü beyinləri fərqli fundamental mövzularda onlayn müsabiqələrdə yarışacaq. Təsnifat mərhələlərində ən çox bal toplayan iştirakçılar isə yarışmanın oflayn şəkildə keçiriləcək final mərhələsinə qatılacaq və "PASHA Bank Cup" kuboku uğrunda mübarizə aparacaqlar.
Hər yaş kateqoriyasında ilk üç yerin qalibləri PAŞA Bank tərəfindən dəyərli hədiyyələrlə təltif olunacaq. Üstəlik, yarışma zamanı yüksək nəticələr göstərən iştirakçılar Bankın Rəqəmsal Laboratoriyasında təcrübə proqramında iştirak etmək və hətta Bankda işləmək imkanı əldə edəcəklər.
Müsabiqə HackerRank platforması üzərindən keçiriləcək. Yarışmada iştirak etmək istəyən hər kəs platformada qeydiyyatdan keçməli və müsabiqəyə başlamadan öncə özü haqqında məlumatları və CV-ni mütləq yükləməlidir.
Beləliklə, "PASHA Bank Cup" yarışmasının ilk müsabiqəsi 26 sentyabr 2019-cu il tarixində başlayacaq və üç gün ərzində qüvvədə olacaq. Müsabiqənin mövzusu – Kodlaşdırma tətbiqi (Implementation) olacaq. Bir neçə alqoritm sualından ibarət olan bu mərhələdə iştirakçıların ümumi kodlaşdırma və sadə alqoritmik təfəkkürü yoxlanılacaq. Müsabiqə başladıqdan sonrakı 4 saat ərzində sualları bitirmək mütləqdir.
Yaxşı xəbər ondan ibarətdir ki, müsabiqəyə qatılmaq istəyən proqramçılara hər bir müsabiqədən öncə mövzulara hazırlaşmaq üçün mənbə və vaxt da verilir. Bu, məktəblilər, tələbələr və professional proqramçılara proqramlaşdırma üzrə ən vacib olan fundamental bilikləri artırmağa və yeniləməyə imkan yaradacaq. Biliklərinizi artırmaq, yeni məlumatlar öyrənmək və müsabiqədə daha uğurlu iştirak etmək üçün PAŞA Bankın Rəqəmsal Laboratoriya komandası aşağıdakı kitab və kursları tövsiyə edir və onları əldə etmək üçün linkləri diqqətinizə çatdırır:
Kitablar:
1. Algorithms, 4th Edition by Robert Sedgewick and Kevin Wayne
2. The Algorithm Design Manual by Steven Skiena
Onlayn kurslar:
1. https://www.coursera.org/learn/algorithms-part1
2. https://www.coursera.org/learn/algorithms-part2
3. https://www.udemy.com/course/learn-data-structure-algorithms-with-java-interview/
Ətraflı məlumat əldə etmək və yaranan suallara cavab almaq üçün, həmçinin ümumi proqramlaşdırma mövzularında müzakirələr üçün Slack kanalına da qoşula bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
21 d. əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
- 37 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan fındığı xaricə daha baha satılıb, ixracından gəlirlər artıb
-
1 saat əvvəl
Xarici ölkələrə 158 min ton satılıb, 175 milyon dollar gəlir götürülüb
-
2 saat əvvəl
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul
-
2 saat əvvəl
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM
-
2 saat əvvəl
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib - SƏRƏNCAM
-
3 saat əvvəl
“AzInTelecom” və Azərbaycan Uşaq Fondunun birgə layihəsi – “SİMA missiyası” kitabı işıq üzü gördü
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib - SƏRƏNCAM
“AzInTelecom” və Azərbaycan Uşaq Fondunun birgə layihəsi – “SİMA missiyası” kitabı işıq üzü gördü
Dekabrın 23-də gözlənilən hava şəraiti
Azərbaycan-ABŞ iqtisadi tərəfdaşlığı müzakirə edilib
Bu dövlət şirkətinə 245 milyon manata yaxın faizsiz kredit verilib
Azərbaycandan Rusiyaya və əks istiqamətdə pul köçürmələri azalıb


















.jpg)



