Brexit Almaniyanın ixracını vurur
Müqaviləsiz Brexit həyacanı, ticarət münaqişələri və çətinlik içindəki avtomobil sektoru, ixracata əsaslanan Alman iqtisadiyyatına mənfi təsir etməyə davam edir. Almaniyanın Böyük Britaniyaya ixracı, müqaviləsiz Brexit-in gözlənilməsi ilə bu ilin ikinci rübündə 2018-ci eyni dövrü ilə müqayisədə görə 21 faiz azalma qeyd edib.
Almaniyanın Böyük Britaniyaya ixracı, müqaviləsiz Brexit xofu ilə bu ilin aprel-iyun dövründə illik olaraq 21 faiz düşüb. "Marja" xəbər verir ki, sözügedən azalma, 2008-ci ilin maliyyə böhranından sonrakı ən yüksək faizli azalmadır. Bu azalma Almaniya iqtisadiyyatının ikinci rübdə 0,1 faiz kiçilməsinə təsir edib.
Analitiklər, Alman məhsullarına qlobal tələbatın zəifləməsinin və Britaniyanın Avropa Birliyindən çıxması prosesində qeyri-müəyyənliyin davam etməsinin Almaniyanın iqtisadi inkişafına mənfi təsir etdiyini qeyd edərək, ABŞ-ın Almaniya avtomobillərinə qarşı təhdidinin də riskləri artırdığını vurğulayırlar.
İngiltərənin Almaniyadan idxalının düşməsinin digər bir səbəbi isə İngilis funt sterlinqinin avro qarşısında 2016-dan bu yana ən aşağı səviyyəsinə düşməsi olduğu bildirilir. İngilis funt-sterlinqi, avro qarşısında 2016-cı ilin İyun ayından bu yana təxminən 20 faiz ucuzlaşıb.
Almaniyada ixrac, Ümumi Daxili Məhsulun 47%-ini yaradır. Almaniya, keçən il İngiltərəyə 82 milyard avro dəyərində ixrac həyata keçirib. İngiltərə; ABŞ, Fransa, Çin və Hollandiyadan sonra Almaniyanın 5-ci böyük ixracat bazarıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
12 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
15 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
15 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 15 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























