Maliyyə bazarlarında son vəziyyət - PROQNOZLAR

Bu həftə ABŞ-ın əmək bazarı və Avropanın iqtisadi inkişafı ilə bağlı yayımlanacaq önəmli göstəricilər, Breksit müzakirələri diqqət mərkəzində olacaqdır.
EUR
Avropa mərkəzi bankının faizlərini daha da azalda biləcəyi ehtimalları və bank sektorunda müşahidə edilən durğunluq, Avrozona iqtisadiyyata da mənfi təsir edir. Bu, avronun ucuzlaşmasına səbəb olmaqla yanaşı, növbəti eniş dalğası üzrə proqnozları da gücləndirir. Təhlillərə əsasən, 1.10$-ın altında ticarət edilən EUR/USD məzənnəsi, 1.09$-a kimi də ucuzlaşa bilər.
Cümə günü Bakı vaxtı ilə saat 13:00 və 16:30-da müvafiq olaraq dərc ediləcək Avrozonanın iqtisadi inkişaf və Amerikanın əmək bazarına dair önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.
GBP
Avqust ayında 2.5% bahalaşan GBP/USD məzənnəsi, bu həftə İngiltərə parlamentində gözlənilən Breksit müzakirələri fonunda yenidən ucuzlaşmağa başlayıb. Baş nazirin rəqibləri ilə müzakirələri ləğv etməsi, ölkədə siyasi riskləri artırmaqla yanaşı, funt sterlinqin də 1.21$-a kimi ucuzlaşmasını proqnozlaşdırmağa əsas verir.
TRY
Türkiyənin xarici siyasətində risklərin artması, USD/TRY məzənnəsinə də mənfi təsir edir. Məzənnənin bahalaşması, xarici ticarətində mənfi saldonun və dövlət borcunun artmasına təsir edir ki, beləliklə əlavə risklər yaranır. Dollar/Lirə məzənnəsi 5.88TL-ni yuxarı istiqamətdə qırarsa, 6.03TL-yə kimi də bahalaşa bilər.
Çərşənbə axşamı saat 11:00-da Türkiyədə inflyasiya ilə bağlı dərc ediləcək önəmli göstəricilər də böyük maraqla gözlənilir.
OIL
Qlobal siyasi və iqtisadi risklərin növbəti mərhələyə yüksəlməsi, enerji birjalarında neftə olan tələbin də azalmasına səbəb olub. Lakin Avropanın Brent neftinin avqust ayı ərzində 61-58$ aralığında ticarət edilməsi, cari qiymətlərin güclü dəstək səviyyələri olmasına işarədir və bu aralıqda ticarətə davam edə biləcəyi də proqnozlaşdırılır.
Cümə axşamı saat 19:00-da açıqlanacaq Amerikanın neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatların da qiymətlərə güclü təsir edəcəyi gözlənilir.
GOLD
Əlvan metallar bazarlarında dünyanın mövcud siyasi və iqtisadi vəziyyətində liman maliyyə alət kimi qızıla olan tələbin yüksək qaldığı müşahidə edilir. Təhlillərə əsasən, bir unsiya üzrə qiymət 1540$-ı (49.5 $/qram) yuxarı istiqamətdə qırarsa, 1588$-a (51.1 $/qram) kimi də dəyər qazana bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
5 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 15 saat əvvəl
-
19 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
20 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
21 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
21 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
Son Xəbərlər

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur

Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
Ən çox oxunanlar

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
