ABB və onun Rusiyadakı törəməsinin rəhbərliyinə yeni təyinatlar olub
"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) Rusiyadakı törəməsi olan "ABB-Moskva" MMC-nin Müşahidə Şurasına yeni təyinat baş verib.
Aqşin Əmirov Şuraya üzv təyin olunub. O, bu vəzifəyə martın 13-də təyinat alıb. Qeyd edək ki, A.Əmirov ötən ilin dekabr ayının 27-dən etibarən ABB-nin İdarə Heyəti sədrinin müavinidir. Bunadək bankir "Bank Respublika" ASC-də analoji vəzifəni tutub. ABB-nin Problemli kreditlərlə iş, Struktur bölmələrlə iş və Risklərin idarə edilməsi departamentləri A.Əmirovun kurasiyasındadır.
"ABB-Moskva"nın Müşahidə Şurası ümumilikdə 3 nəfərdən ibarətdir. Bundan öncə xəbər verildiyi kimi, Şuranın yeni sədri Zaur Qaraisayevdir. A.Əmirov kimi, o da martın 13-də yeni vəzifəsinin icrasına başlayıb. Bunadək Z.Qaraisayev "Bank of Baku" ASC-nin İdarə Heyəti sədrinin müavini olub. Yeri gəlmişkən, Z.Qaraisayev hətta bir müddət müvəqqəti olaraq "Bank of Baku"nun İdarə Heyətinin sədri vəzifəsini də icra edib. Bu, Abbas İbrahimovun ABB-yə transfer olunduğu dövrə təsadüf edib. Xatırladaq ki, A.İbrahimov hazırda ABB-nin İdarə Heyəti sədrinin birinci müavinidir.
"ABB-Moskva"nın saytında yer alan məlumatlara nəzər saldıqda məlum olur ki, Z.Qaraisayev hazırda həmçinin ABB-nin İdarə Heyəti sədrinin müşaviridir. Bu vəzifədə Z.Qaraisayev törəmə müəssisələrlə işi idarə edəcək.
"ABB-Moskva"nın Müşahidə Şurasının digər üzvü isə Fərid Həşimovdur. O, bu vəzifəni 2015-ci ilin dekabrın 12-dən tutur. F.Həşimov ABB-nin Struktur bölmələrlə iş departamentinin direktorudur.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























