“Ərzaq məhsullarının tədarükü və təchizatı” Belarus nəhəngilə razılaşdı
15 mart 2017-ci ildə “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin mərkəzi binasında Belorus Respublikasının “Belqospişeprom” Dövlət Konserninin və Belorus Kooperativlər İttifaqının ( “ Belkoopsoyuz”) nümayəndələri ilə işgüzar görüş keçirilib.
ASC-dən “Marja”ya daxil olmuş məlumata görə, görüşdə “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin Sədri Əbülfət Qocayev, İdarə Heyətinin sədr müavinləri Xalıq Məmmədov, Elşən Əsədov və digər əməkdaşlar iştirak ediblər.
“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin Sədri Əbülfət Qocayev qonaqlara qurumun fəaliyyəti haqqında geniş məlumat verib.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 11 aprel 2016-cı il tarixli № 1944 Sərəncamı ilə yaradılmış Cəmiyyətin əsas məqsədi kənd təsərrüfatı məhsullarının istehsalını və (və ya) emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarını
Hazırda Cəmiyyət yaxın xarici ölkə bazarlarına Azərbaycan məhsullarının ixracı prosesini həyata keçirməkdədir. Artıq Cəmiyyətin xətti ilə Rusiya bazarlarına 1000 ( min) ton kənd təsərrüfatı məhsulları ixrac olunub və ixrac prosesi həftəlik olaraq davam etdirilir. Diqqətə çatdırılıb ki, Cəmiyyət güclü aqrar potensialı olan Belorus Respublikasının anoloji qurumları ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaqda maraqlıdır. Cəmiyyətin İdarə Heyətinin Sədri mövsümdən asılı olaraq Belorusa meyvə-tərəvəz, meyvə şirələri və digər məhsulların ixracını təklif edib.
Belorus Respublikasının “Belqospişeprom” Dövlət Konserninin sədr müavini Marina Mixalseviç, Konsernin xarici iqtisadi əlaqələr idarəsinin rəisi Yelena Malinovskaya, Belorus Kooperativlər İttifaqının ( “ Belkoopsoyuz”) xarici iqtisadi əlaqələr şöbəsinin rəisi Konstantin Rjeusskiy, İstehlak məhsullarının ixracı şöbəsinin rəisi Sergey Alximoviç çıxış edərək qarşılıqlı münasibətlərin qurulmasında maraqlı olduqlarını bildiriblər. Beloruslu nümayəndələr tərəfindən Azərbaycana bir sıra kənd təsərrüfatı məhsullarının ( yer kökü, kələm, çuğundur, kartof, ət və süd məhsulları ) idxalı təklif edilib.
Tərəflər arasında aparılan müzakirədə Azərbaycanla Belorus Respublikaları arasında iqtisadi münasibətlərin gücləndirilməsi məqsədi ilə kənd təsərrüfatı məhsullarının qarşılıqlı idxal-ixracının təşkili, təcrübə mübadiləsi, beynəlxalq tədbirlərdə birgə iştirak və digər məsələlərdə razılıq əldə olunmuş, yaxın vaxtlarda əməkdaşlığın dərinləşdirilməs
Görüşün sonunda belaruslu qonaqlara Azərbaycanın milli xalçalarından ibarət qiymətli hədiyyələr təqdim olunub. Daha sonra nümayəndələr “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin anbarlarında kənd təsərrüfatı məhsullarının saxlanma şəraiti ilə tanış olublar.
Xatırladaq ki, ötən ilin noyabr ayında Minsk şəhərində Azərbaycan Respublikasının Prezidenti Cənab İ.Əliyevin və Belorus Respublikasının Prezidenti Cənab A.Lukaşenkonun iştirakı ilə keçirilmiş Dövlətlərarası İqtisadi Komissiyanın iclasında, eləcədə həmin ilin dekabr ayında İqtisadiyyat Naziri Cənab Ş.Mustafayevin iştirakı ilə keçirilmiş İqtisadi Ticarət Komissiyasının toplantısında iki ölkə arasında tədarük-təchizat sahəsində əməkdaşlığın qurulması qərara alınmışdır. “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti iki ölkənin iqtisadi münasibətlərinə öz töhvəsini vermək üçün Belorus Respublikasının anoloji qurumları ilə əməkdaşlıq etməyə başlamışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
2 d. əvvəl
Bayramlarla əlaqədar pensiya, müavinət və təqaüdlər qrafikdən əvvəl ödənəcək
-
-
57 d. əvvəl
Azərbaycan bazarına da nəzarət edən Coca-Cola şirkəti dividend ödənişinə hazırlaşır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
10-dan çox neft tankeri İran tərəfindən vurulub
Azərbaycan neftinin son qiyməti
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
Ən çox oxunanlar
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
“PAŞA Həyat Sığorta”da yeni təyinat
SEPAH: İran Hörmüz boğazına tam nəzarət edir
Rəsmi məzənnələr açıqlandı


























