Kim alsa 5 il servisə pul xərcləməyəcək
(®) "Passat sizdə, servis xərcləri Bizdə!"
Volkswagen Bakı Mərkəzi yeni kampaniyaya start verir. Məhdud sayda Volkswagen Passat Comfortline Plus avtomobilini əldə etdikdə, avtomobilin üzərində xüsusi Platinum Servis kartı və 3500 AZN məbləğində servis balansı hədiyyə olunur ki, bu da orta hesabla 5 il zəmanətə aid olmayan avtomobilin bütün servis xərclərini tam təmin edir.
Son istehsal olunan Passat avtomobilinin sahibləri avtomobilin yüksək keyfiyyətini və dözümlü ehtiyat hissələrinə malik olmasını əyani olaraq təcrübədən keçirmişdir. Statistik məlumatlar onu göstərir ki, avtomobillərin 5 il ərzində yaratdığı xərc 3000 AZN-i keçmir. Buraya hətta dövri olaraq yağdəyişmə və sistematik olaraq dəyişilməli hissələrin xərcləri də daxildir. Bu baxımdan alıcıların tam etibarını qazanmaq və avtomobilin bütün yarana biləcək servis xərclərini qarşılamaq məqsədilə, məhdud sayda təklif olunan Passat avtomobillərinin üzərində xüsusi Platinum Servis kartları təqdim olunacaq.
Bu kartların ilk özəlliyi onların 3500 AZN servis balansına sahib olması və avtomobilin sahibinin dəyişilməsindən asılı olmayaraq tam bitənə qədər aktual qalmasıdır. Beləki, hətta yağdəyişməyə gələrkən belə həmin balansdan istifadə edə və illərlə avtomobilin pulsuz servisindən yararlana bilərsiniz. İkinci özəlliyi isə həmin kartların balans bitdikdən sonra belə avtomobil sahibinə yararlı olması və gələcəkdə alınan ehtiyat hissələrinə endirim almaq imkanıdır. Platinum Servis kartı sahibləri həmin kartı servisə təqdim etməklə birbaşa olaraq ehtiyat hissələrinin qiymətinə endirim almış olacaqlar.
Volkswagen Passat Comfortline Plus 1,8 litr həcmində, 180 at gücünə malik mühərrik ilə təchiz edilmişdir. 7 pilləli gücləndirilmiş sürət qutusu ilə təchiz edilən Passat 100 km/saat sürətə 7,7 saniyədə çata bilir. “ErgoComfort” tipli oturacağı olan bu avtomobildə 3-zonalı iqlim kontrolu və oturacaqların isidilməsi hava şəraitindən asılı olmayaraq salonda optimal mikroiqlim yaratmağa imkan verir. Eyni zamanda, 6.5 düym ekran, Bluetooth və hətta səs ilə idarə etmə sistemi təchizata daxil olunur. Təkmilləşdirilmiş 286.6 dərəcəli dairəvi görünüş sahəsi Passat modelini Volkswagen-in sərfəli və etibarlı modeli olduğunu göstərir
Volkswagen Passat öz biznes klass seqmentində çox əlverişli qiymətə, 58700 manata təklif olunur, bu isə onu rəqibləri arasında ən sərfəli edir.
Daha ətraflı məlumat üçün: *7788
(+994 12) 555 77 88
https://www.facebook.com/VolkswagenAZ
https://www.instagram.com/volkswagen_azerbaijan/





Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 10 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
2 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
2 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub






















