Tramp: İngiltərə ilə çox böyük bir ticarət müqaviləsi bağlayacağıq
ABŞ Prezidenti Donald Tramp "İngiltərə ayaq topuğundakı lövbərdən xilas olanda bu ölkə ilə çox böyük bir ticarət müqaviləsi bağlayacaqlarını" deyib.
"Marja" xəbər verir ki, Tramp, Fransanın Biarritz şəhərində G7 iclası çərçivəsində Böyük Britaniyanın Baş naziri Boris Conson ilə naharda görüşüb.
Görüşdən sonra mətbuata açıqlama verən Tramp, "İngiltərə ilə indiyə qədər olduğundan böyük, çox böyük bir ticarət müqaviləsi bağlayacağıq",- deyib.
Müqavilə üçün Böyük Britaniyanın Avropa Birliyindən (AB) çıxacağı zamana işarə edən Tramp, "Bir nöqtədə artıq qarşılarında maneə olmayacaq, ayaq topuğundakı lövbər olmayacaq, çünki hazırda bu (lövbər) var", -ifadələrini istifadə edib.
"ABŞ-IN GÜZƏŞTƏ GETMƏSİ LAZIMDIR"
BBC-nin xəbərinə görə, Boris Conson da Tramp ilə görüş ərəfəsində açıqlamalar verib.
Xəbərə görə, İngiltərə üçün "Amerika bazarında böyük imkanlar" olduğunu qeyd edən Conson, "Bu imkanları istifadə etmək niyyətindəyik, ancaq amerikalı dostlarımızın güzəştə getməsi və mövqelərini açması lazımdır, çünki hazırda çox məhdudiyyət var",- deyib.
"Brexit"dən sonra ABŞ ilə bağlanacaq bir ticarət müqaviləsinin iki ölkə arasında ticarəti 5 dəfəyə qədər artıra biləcəyini deyən Conson, bunun necə baş verəcəyi ilə bağlı isə təfərrüat verməyib.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
Theresa May-dan vəzifəni ötən ay təhvil alan Conson ilə Tramp son bir ayda həftədə ən az bir dəfə telefonda danışıb. Ancaq G7-dəki görüş Consonun baş nazir olaraq Trampla üz-üzə ilk görüşü idi.
Tramp, Consonun qatı "Brexit"çi mövqeyinə dəstəyini ictimaiyyət qarşısında tez-tez təkrarlayır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
-
15 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























