İxracımız necə artıb?
Xəbər verdiyimiz kimi, 2016-cı ilin Yanvar-Fevral aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 2 milyard 625 milyon 946.68 min ABŞ dolları təşkil edib. Ticarət əməliyyatları keçən ilin müvafiq dövrünə nisbətən 20.09 % artmışdır.
“Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal əməliyyatları üzrə 971 milyon 970.54 min ABŞ dolları (keçən ilin müvafiq dövrünə nisbətən 0.44 % azalmışdır), ixrac əməliyyatları üzrə 1 milyard 653 milyon 976.14 min ABŞ dolları (keçən ilin müvafiq dövrünə nisbətən 36.64 % artmışdır) əmliyyat qeydə alınıb. Saldo müsbət 682 milyon Dollar olub.
Fevralda ixrac 849 milyon 352.07 min dollar, idxal 521 milyon 920.06 min dollar, saldo (ticarət profisiti) isə 327 milyon 432 min dollar təşkil edib.
Bəs ixrac nəyin hesabına artıb?
Yanvar-Fevral aylarındakı 1 milyard 653 milyon 976.14 min dollarlıq ixracın 1 milyard 468 milyon 660 milyon dollar dövlət sektorunun, 161 milyon 720.28 min dollar özəl sektorun, 23 milyon 595.31 min dollar fiziki şəxslərin payına düşüb.
Ötən ilin anoloji dövrü ilə müqayisədə dövlət sektorunun ixracı 37,6%, özəl sektorun ixracı 15,3%, fiziki şəxslərin ixraı 45% artıb.
2016-cı ilin yanvar-fevral aylarında dövlət sektorunun ixracı 1 milyard 66 milyon 935 min dollar, özəl sektorun ixracı 140 milyon 248 min dollar, fiziki şəxslərin ixracı 16 milyon 285 min dollar təşkil etmişdi.
Yuxarıdakı rəqəmlərin müqayisəsindən göründüyü kimi, Azərbaycanın idxalının artması əsasən dövlət sektorunun ixracının artmasından qaynaqlanıb. Ötən ilin əvvəli ilə müqayisədə bu il neft qiymətləri yüksək olduğundan dövlət sektorunun ixracı məbləğ ifadəsində artıb. Dövlət ixracının artmasına qaz və elektrik enerjisi ixracının artması da təsir göstərib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
22 d. əvvəl
İran: Düşmən yaxın günlərdə müharibəni dayandırmaq məcburiyyətində qalacaq
-
-
25 d. əvvəl
İran böhranı davam edərkən Trampdan neft qiymətləri ilə bağlı proqnoz
- 50 d. əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
“AS İnşaat” MMC-nin inşa etdiyi Ağalı kəndi “Euronews”un diqqət mərkəzində
- 15 saat əvvəl
-
15 saat əvvəl
ABB-nin yeni istiqrazlarının faizləri məlum oldu - 10 MİLYON MANAT CƏLB EDİR
-
15 saat əvvəl
Səudiyyə Ərəbistanı Hörmüzə alternativ olaraq Qırmızı dənizi qiymətləndirir
- 16 saat əvvəl
-
16 saat əvvəl
Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib - YENİ 7 ÜZV
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Lizinq şirkətinə illik 15%-lə 1 milyon manat pul lazımdır
İran qida məhsullarının ixracını qadağan edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Coca-Cola” Azərbaycanda “Novruz 2026” kampaniyasına start verdi
PAŞA Bankdan rəqəmsal depozitdə bayram təklifləri!
Mərkəzi Bank: “Fizza Pay”ın vəzifəli şəxsi məsuliyyətə cəlb olunub


























