Avropa istehlak mərkəzləri üçün presedent rolunu oynayacaq
Avropada alternative enerji ilə çalışan avtomobillərin sayında ciddi artımlar müşahidə edilməkdədir. Belə ki, 2019-cü ilin ilk rübündə elektrikli avtomobillərin sayı Avropa Birliyi (AB) ərazisində 40% artmaqla 99174 avtomobil olduğu halda, Avropa Azad Ticarət Asossiasiyasına (EFTA) daxil olan ölkələrin ərazisində 41.2% artımla 126885 ədədə yüksəlmişdir. BEV tipli elektrik avtomobillərinin sayının artımı daha sürətli xarakter daşımışdır. Belə ki, 88% artaraq 83676 ədədə çatmışdır. Ölkələr üzrə isə ekeoloji təmiz avtomobilərin sayı üzrə elektrikli avtomobilərdə Norveç, PHEV tipli avtomobilərdə isə Böyük britaniya lider mövqeyindədirlər.
Avropa Avtomobil Istehsalçıları Asossiayası olan ACEA tərəfindən yayınlaanan məlumatda bəzi çıxarışları Sizinlə paylaşmaq istərdik. Ümumilikdə yanacaq növünə görə cari ilin ilk 3 ayında olan dəyişikliyi aşağıdakı cədvəldən müşahidə etmək mümkündür:

Hər iki iqtisadi zonanın ölkələr üzrə göstəricilərinə gəlincə isə ən yüksək sürətli artım İralndiya və Danimarkanın payına düşür. Belə ki, müvafiq olaraq 257.9% və 113.4% artımla EV kateqriyasından olan avtomobillərdə nəzərə çarpacaq dərəcədə irəliləyiş əldə edilmişdir.
Mütəxəsislər belə ciddi artımın səbələrinin qanunvericikdə tətbiq olunan imtiyazlarla bərabər dizellə çalşan avtomobilərin istismar məhdudiyyətləri ilə və infrastruktur dəyişiklikləri əlaqələndirilər. Hava kirliliyinin azaldılması ilə bağlı ekoloji təmiz zonaların yaradılması Avropa ölkələrində hələ 1995-ci ildən başlanmışdır. Müvafiq icazəni təsdiqləyən nişanın olmadığı avtomobil sahiblərini həmin ərazilərdə avtomobilərin istismarı zamanı məsələn Berlində 2700 Evro-ya qədər cərimələnməsi həyata keçirilir. Belçikada 3, Danimarkada 4, İsveçdə 8 və Niderland krallığında 15 ekoloji zona yaradlmışdır.
Almaniya yalnız ekoloji zonalarla bağlı cərimələrin yüksək olması ilə deyil, həm də onların sayı ilə lider mövqeyindədir. Heç təsadüfi deyildir ki, Almaniya ərazisində 58 ekoloji zona yaradılmışdır və növbəti illər ərzində sayının bir neçə dəfə artırılacağı nəzərdə tutulmuşdur. Köhnəlmiş və yaşıl olmayan avtomobillərin istismarının tam və ya qismən məhdudlaşdırılması üçün tətbiq edilməkdədir.
Digər mövzu isə “Charger Point”-lərin sayı ilə əlaqədardır. Statista.com saytının təqdim etdiyi məlumata əsasən 2019-cu ildə 2018-ci illə müqaisədə məntəqələrin sayı 9000 ədəd artmışdı və 170000 məntəqədən artıqdır. Bu məntəqələrin 76%-i Niderland Krallığı, Almaniya, Fransa və Böyük Britaniyanın ərazisində, qalanı isə digər AB ölkələrini ərazini əhatə edir.

Sonda isə bir daha vurğulamaq istərdik ki, nüfuzlu Bloomberg agentliyi tərəfindən təqdim edilən “Electric Vehicle Outlook” hesabatında 2040-cı ilə qədər dünya avtoparkının 33%-nin və yeni avtomovillərin satışının isə 54%-nin EV-lərin təşkil edəcəyi bağlı hesabatlar öz təsdiqini ən çox Avropa qitəsində tapmaqdadır. Artıq bir çox mütəxəsislər Avropa ölkələrində bu istiqamətdə tətbiq edilən həm infrastruktur, həm də qanunverici fəaliyyətlərin digər dünyanın digər istehlak mərkəzləri üçün ciddi presedent olacağı qənaətindədirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
26 d. əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
-
- 33 d. əvvəl
- 40 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
Əsas səhmdarı SOCAR olan Bankın mənfəəti 2 dəfədən çox azalıb - BU BANKDA MƏNFİ TENDENSİYA BAŞ VERİB
-
1 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Ən çox oxunanlar
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
Dekabrda Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 3%-dən çox, mobil internetin sürəti isə 6%-dək artıb
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub


















