Bu ailənin sərvəti hər dəqiqə 70 min dollar, hər saat 4 milyon dollar artır
Dünyanın ən varlı 25 ailəsinin sərvəti 24% artaraq 1.4 trilyon dollara çatıb.
2019-cu ilin ötən dövründə dünyanın ən zəngin 25 ailəsi sərvətlərini 24% artırıb.
“Marja” “Bloomberg”ə istinadən xəbər verir ki, ABŞ-ın ən məşhur supermarket şəbəkəsi Wal-Mart-ın sahibi Walton ailəsinin sərvəti hər dəqiqə 70 min dollar, hər saat 4 milyon dollar, hər gün isə 100 milyon dollar artır. Siz xəbərin bu nöqtəsinə qədər oxuduğunuzda sərvətlərinə 23 min dollar daha əlavə olunub.
Dünyanın ən varlı ailəsinin sərvətinin 191 milyard dollara qalxdığı təxmin edilir.
Walton-lara ən yaxın ailələr 127 milyardlıq sərvəti ilə Mars ailəsi və 125 milyard dollar ilə Koch qardaşlarıdır.
Super zənginlər dünyada qızıl zamanını yaşayırlar. Dünyanın ən varlı 25 ailəsi keçən illə müqayisədə sərvətlərini 25% artırıb. Söz mövzusu ailələrin cəmi sərvəti 1.4 trilyon dollardır.
Səudiyyə Ərəbistanı Kral ailəsinin cəmi sərvətinin 100 milyard dollar olduğu hesablanır.
Dünyanın ən varlı 10 ailəsi
1. Walton ailəsi (Walmart şirkəti) 190.5 milyard dollar
2. Mars ailəsi (Mars şirkəti) 126.5 milyard dollar
3. Koch ailəsi (Koch Industries) şirkəti 124.5 milyard dollar
4. Al Saud ailəsi (Səudiyyə Ərəbistanı kral ailəsi) 100 milyard dollar
5. Wertheimer ailəsi (Chanel şirkəti) 57.6 milyard dollar
6.Hermes ailəsi (Hermes şirkəti) 53.1 milyard dollar
7.Van Damme, De Spoelberch və De Mevius ailələri (Anheuser-Busch InBev şirkəti) 52.9 milyard dollar
8.Boehringer və Von Baumbach ailəsi (Boehringer Ingelheim şirkəti) 51.9 milyard dollar
9. Ambani ailəsi (Reliance Industries şirkəti) 50.4 milyard
10. Cargill və MacMillan ailələri (Cargill Inc. şirkəti) 42.9 milyard dollar
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
7 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
9 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
10 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 10 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























