"AccessBank"da karyera qurmaq şansını qaçırma!
® AccessBank-da uğurlu karyera qurmaq arzusundasınız? Yüksək ixtisaslı kadra və öz sahənizin mütəxəssisinə çevrilmək istəyirsiniz? O zaman "Access Bankirlər Məktəbi"nin yeni mövsümünə qatılmaq şansını qaçırmayın!
Layihənin məqsədi yüksək potensiala malik gənclərin peşəkar addımlarını atmaqda dəstək olmaqdır. Ötən mövsüm uğurla həyata keçirilən layihəyə qatılan 21 nəfər artıq ixtisaslı kadr kimi AccessBank-ın peşəkar komandasına qoşulub.
Namizədlər 12 həftə davam edəcək layihə çərçivəsində bankın baş ofisində və filiallarında hazırlıq keçəcək. İştirakçılar mikrokreditləşmə, kiçik və orta biznes müştəriləri ilə iş, tamçeşidli qeyri-kredit məhsullarının və xidmətlərinin təqdim olunması, xəzinədarlıq və risklərin idarə edilməsi kimi istiqamətlərlə tanış olacaq.
Namizədlərə qarşı tələblər:
- Ən azı bakalavr dərəcəsi
- Komandada işləmək bacarığı
- Analitik təfəkkür
- AccessBank-da karyera qurmaq istəyi
- Bankın regional filiallarında işləmək istəyi və imkanı
- Rus və / və ya ingilis dili biliyinə üstünlük verilir
- İş təcrübəsi tələb olunmur, amma təcrübənin olması üstün cəhətdir
Seçim mərhələlərindən keçmiş namizədlərə aşağıdakılar təklif olunur:
- Unikal peşəkar inkişaf imkanı
- İlk təlim günlərindən etibarən əmək müqaviləsinin bağlanması
- Təlim müddətində zəmanətli əməkhaqqı
- Bank sahəsini eyni zamanda bir neçə istiqamətdən tanımaq imkanı
- AccessBank-da karyera yüksəlişi
"AccessBank-ın uğurunun əsasını yüksək ixtisaslı kadrlar təşkil edir. Bu kadrların böyük hissəsi karyeralarına bankda başlayaraq öz sahələrinin mütəxəssislərinə çevrilib. AccessBank bu sektorda inkişaf edərək uğurlu karyera qurmaq istəyənlər üçün "Access Bankirlər Məktəbi" layihəsini ənənəyə çevirdi", - deyə AccessBank-ın İnsan Resursları departamentinin direktoru Nigar Hüseynzadə bildirib.
"Access Bankirlər Məktəbi"nə müraciət etmək üçün 30 avqust 2019-cu il tarixinədək sayta keçid edərək (https://www.accessbank.az/az/our-bank/bankers-school/) qeydiyyatdan keçə bilərsiniz. Növbəti 3 həftə ərzində namizədlərin seçimi aparılacaq və seçilmiş şəxslərə elektron məktub və SMS vasitəsilə məlumat veriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
16 d. əvvəl
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
-
16 d. əvvəl
Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq
-
32 d. əvvəl
"Neftin qiyməti 140–150 dollar səviyyələrinə qədər yüksələ bilər"
- 38 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb
Azərbaycan neftinin son qiyməti
Dövlət şirkəti indiyədək 572 min unsiya qızıl və 1,1 milyon unsiya gümüş satıb, 2 milyard manatdan çox gəlir əldə edib
Ən çox oxunanlar
3 gün ardıcıl qeyri-iş günü olacaq
Tramp: “İran təslim olmaq məcburiyyətindədir”
Rəsmi məzənnələr açıqlandı
Neft kəskin bahalaşıb - QİYMƏTİ 126 DOLLARI DA KEÇİB















.jpg)









