Hyundai Palisade Azərbaycanda mükafat aldı
(®) Hyundai Palisade modeli Azərbaycanda “İlin Təqdimatı” mükafatı ilə təltif olundu.
Ölkəmizdə və regionda yaddaqalan və ənənəvi avtomobil hadisələrindən biri də “Caspian Motor Show” avtomobil sərgisi tədbiridir. Sərgi avtombil və vertikal sektorlardan müxtəlif iştirakçıları bir araya toplayaraq bayram abu-havası yarada bilmişdir. Bu il 16-cı keçirilən “Caspian Motor Show” müxtəlif markaların maraqlı modellərinin iştirakı ilə yenə də yaddaşlarda yer edə bildir.
Hyundai avtomobillərinin Azərbaycandakı rəsmi distrubutoru "Auto Azerbaijan" şirkəti də hər zaman olduğu kimi bu dəfə də ən yaddaqalan iştirakçılardan biri oldu. Belə ki, şirkət İoniq PHEV (plug in hibrid), G70 və ən nəhayət tədbir tamaşaçılarının səbrsizliklə gözlədiyi Palisade modeli ilə sərgiyə öz damğasını vurmuş oldu. Festival iştirakçılarının xüsusi marağı Hyundai SUV sırasının ən böyüyü olan Palisade və ölkəmizdə ilk dəfə Hyundai tərəfindən gətirilmiş İONİQ Hibrid Plug in modeli üzərində qurulmuşdu.
Hyundai ix55 və ya Cənubi Koreya, ABŞ, Kanada, Braziliya, Çin eləcə də bizim bazar üçün Hyundai Veracruz kimi tanınan modelin istehsalının dayandırılması ilə şirkət uzun müddət rəqibləri üçün E SUV seqmentini əlçatan etmişdi.
Şirkət 5 ilə yaxın davam edən fasilədən sonra öz yeni nəhəngi olan Palisade modelini ABŞ istehlakçılarına təqdim etdi. Azərbaycan istehlakçılarının avtomobillə ilk tanışlığı isə məhz “Caspian Motor Show” tədbirində mümkün olmuşdur.
“Caspian Motor Show” Avtograph Production tərəfindən təsis edilmişdir. Təşkilatçılar parlaq exteryer, komfortlu və texniki təchizatlı salon, dinamikasına, qiymət və keyfiyyət mütənasibliyinə görə “İlin Təqimatı” nonimasiyasında “Qızıl Çarx” mükafatına layiq görmüşlər.
Ətraflı məlumat: hyundai.az/palisade/
Telefon: 989
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
4 d. əvvəl
“Rabitəbank” qanunları pozub, barəsində icrası məcburi sərəncam verilib
- 8 d. əvvəl
-
-
9 d. əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
20 d. əvvəl
"PAŞA Bank"ın səhmlərini almaq istəyənlərin nəzərinə - 13 Apreldə abunə yazılışı başlayır
-
22 d. əvvəl
"Nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır"
-
1 saat əvvəl
İxracdan ən çox pul qazanan özəl Azərbaycan şirkətləri - SİYAHI
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Əminəm ki, səfərim iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcək"
- 1 saat əvvəl
-
2 saat əvvəl
Reuters": İran müvəqqəti atəşkəs qarşılığında Hörmüz boğazını açmayacaq
-
2 saat əvvəl
Bakıda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir - Aprelin 7-də gözlənilən hava şəraiti
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərkosmos-dan 2 ayda 3 milyon dollarlıq ixrac
Qızıl 1-ci, fındıq 2-ci, mis filizləri 3-cü yeri tutub - Qeyri-neft sektoru ixracı üzrə yeni rəqəmlər
Ən çox oxunanlar
3 ayda dövlət büdcəsindən 68,5 milyon manat geri qaytarılıb
Bakıda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir - Aprelin 7-də gözlənilən hava şəraiti
“Norm” şirkəti BMT-nin Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşulub
Azərbaycan Banklar Assosiasiyası Asiya qurumuna üzv olur

























