"AGBank"ın komandası çimərliklərdən birini böyük miqdarda zibildən təmizləyib
(®) Ötən şənbə günü "AGBank"ın komandası yerli, ödənişsiz çimərliklərdən birini təmizləyib.
Sirr deyil ki, ekoloji problemlər planetimizin ən prioritet məsələlərindən biridir. Ölkəmizdə də həmçinin bu problemin müzakirəsi son zamanlar geniş yayılmışdir. Təbiətimizi yaxşılaşdırmaq üçün çox sayda layihələr aparılır, ən önəmlisi isə vətəndaşları mövcud problemə daha diqqətli yanaşması üçün bir sıra sosial çarxlar çəkilir.
Beləliklə, "AGBank"ın komandası da kənarda qalmayaraq, təbiətin artıq zibillərdən təmizlənməsi problemini həll etmək üçün, Göradildəki çimərliklərdən birində təmizlik işləri apararaq öz kiçik, lakin mühim töhvələrindən birini verdi.
“Biz Bankda könüllülərdən ibarət olan “AGreen Team” adlı qrup yaratmağa qərarına gəldik” - Marketinq və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Quliyev söylədi.
"Həmin qrup ətraf mühitin qorunmasına yönəlmiş könüllü tədbirlərdə fəal iştirak edəcək. Planlarımız tullantıların çeşidlənməsi, Xəzər dənizi sahilinin və tərk edilmiş oyun meydançalarının təmizlənməsi ilə bağlı olan layihələri əhatə edir. Ümid edirik ki, Azərbaycanda daha çox təşkilat gözəl ölkəmizin ekoloji vəziyyətinin yaxşılaşdırılmasında iştirak edər, bununla da digərlərini həvəsləndirərlər.
Göradildəki sahil zonasında xeyli plastik tullantılar, xüsusilə şüşə qablar, polietlen torbalar, uşaq bezləri və digər növ zibillər yığılmışdı. Bu çeşid tullantılar təbiətdə yüz illərlə təbii yolla emal edə bilmir. Bununla yanaşı, çimərlik sahəsi şüşə parçaları ilə dolu idi, bu isə bu cür ictimai sahələr üçün çox təhlükəlidir.
Düşünürük ki, ərzaq dükanlarda polietilen torbaların verilməsini minimuma endirmək lazımdır. Bununla mübarizə aparmaq əsasən ölkəmizdəki iri supermarketlerin üzərinə düşür. Komandamızın yığdığı 60 ədəd zibil qutusunun dörddə bir hissəsini polietilen çantalar/plastik torbalar təşkil edirdi”- deyə, Anar Quliyev qeyd etdi.
Əlbəttə, etiraf etməliyik ki, bütün bu zibillərin orda təsadüfən yaranması mümkün deyil, bilavasitə çimərliklərdə ailələrlə dincələn vətəndaşların təqsiridir. Göradil rayon bələdiyyəsi dinсələnlər üçün əlverişli şərait yaratmaya çalışsa da, ətraf təmizliyi ilk növbədə çimərliyə gələn hər kəsin məsuliyyətidir. Təbiətə olan sevgi və qayğını, xüsusilə söhbət öz vətənimizdən gedirsə, uşaqlıqdan aşılamaq çox vacibdir.
Biz hamımız özümüzdən sonra təmizlənməyi öyrənməliyik və buna əməl etməyənlərə isə irad tutmağa çəkinməməliyik. Bəlkə, bu zaman ətrafımızdakı dünya müsbət yöndə dəyişməyə başlayacaq.
"AGBank"ın qayğıkeş əməkdaşlarına təşəkkür edirik və “AGreen Team” könüllülər təşkilatına gələcək işlərində uğurlar arzulayırıq!
Unutmayın ki, Biz ətraf mühitin çirklənməsi səbəbindən qlobal iqlim narahatlığı ilə üzləşən ilk və dəyişiklik etmə imkanı olan son nəsil olacağıq!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 22 saat sonra
-
- 15 d. əvvəl
-
43 d. əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 49 d. əvvəl
-
14 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
16 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 16 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
“Lombard Türkanə” həbs edildi - 400 minlik ziyan...
Azərbaycan neftinin son qiyməti
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Ən çox oxunanlar
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
AccessBank tenderlər elan edib























